SİYASƏT


Azərbaycan və Rusiyanın Xarici İşlər nazirlərinin telefon danışığı olub

Bakı, 30 sentyabr, AZƏRTAC

Sentyabrın 30-da Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov bölgədə baş verən gərginlik ilə bağlı narahatlığını ifadə edib və atəşkəsə nail olunmasının vacibliyini bildirib. O, gərginliyin aradan qaldırılması üçün Rusiyanın həm milli qismdə, həm də Minsk Qrupunun digər həmsədr ölkələri ilə birgə vasitəçilik səylərini təklif edib.

Nazir Ceyhun Bayramov, öz növbəsində bölgədə baş verən gərginliyin əsas səbəbkarının Ermənistan tərəfi olduğunu qeyd edib. Nazir, cari ilin sentyabrın 27-si tarixindən etibarən Azərbaycan Ordusunun təmas xətti boyunca Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktına cavab olaraq özünü müdafiə hüququ çərçivəsində və mülki əhalini müdafiə etmək məqsədilə əks-həmlələr həyata keçirdiyini vurğulayıb. Nazir Ceyhun Bayramov Azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alan Ermənistan tərəfinin beynəlxalq hüququn fundamental norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüququ kobudcasına pozaraq dinc əhalini artilleriya atəşinə tutduğunu və Azərbaycanın mülki əhalisi arasında itkilərin olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.