Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan və Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Bakı, 10 iyul, AZƏRTAC

Bu günlərdə Azərbaycanın bir sıra aparıcı KİV-lərinin rəhbərləri Moskvada səfərdə olublar. Səfərdən məqsəd rusiyalı həmkarları ilə təcrübə mübadiləsi, həmçinin iki ölkənin jurnalistlərini maraqlandıran aktual və mühüm mövzular ətrafında müzakirələr aparmaq olub.

Səfərin təşəbbüskarı, Azərbaycanın “Novoye Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev AZƏRTAC-a müsahibəsində səfərin ideyasının necə yaranması barədə məlumat verib və Rusiya paytaxtında keçirilən görüşlərlə bağlı təəssüratlarını bölüşüb.

Şakir Ağayev söhbətin əvvəlində deyib: “Hamımız bilirik ki, Azərbaycanla Rusiya arasında münasibətlər və əməkdaşlıq bütün sahələr - siyasi, iqtisadi, sosial, humanitar, hərbi məsələlər üzrə inkişaf edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, mən bu səfərin təşkili təşəbbüsü ilə çıxış etdim və mənim təklifim Azərbaycan Respublikasının Prezidenti yanında KİV-lərə Dəstək Fondu tərəfindən bəyənildi. Rusiyanın Bakıdakı səfirliyi və təbii ki, ölkəmizin Moskvadakı diplomatik nümayəndəliyi də bizim təşəbbüsü dəstəklədi. Bu səfərin təşkilində əsas rolu səfir Polad Bülbüloğlu oynadı”.

-Azərbaycan KİV nümayəndə heyətinin üzvləri barədə nə deyə bilərsiniz?

-Nümayəndə heyəti kifayət qədər geniştərkibli idi. Moskvaya yollananların siyahısına Azərbaycan Respublikasının Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “Trend” beynəlxalq informasiya agentliyinin baş direktoru İlqar Hüseynov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Bakinski raboçi” qəzetinin baş redaktoru və “1news.az” saytının baş direktoru Rəhman Hacıyev, “Kaspi” qəzetinin baş redaktoru İlqar Hüseynov, Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli, AZƏRTAC dövlət informasiya agentliyinin redaksiya müdirinin müavini Əziz Məmmədov, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, Azərbaycan Milli Televiziya və Radio Şurasının sədr müavini Rəşad Nəsirov, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev və başqaları daxil idilər.

-Azərbaycan nümayəndə heyəti hansı informasiya və xəbər agentliklərində olub?

-Rusiya paytaxtına səfərimizin proqramı çox zəngin və maraqlı idi. Səfərin ilk günü biz səfir Polad Bülbüloğlunun qəbulunda olduq. O vurğuladı ki, Azərbaycan jurnalistlərindən ibarət bu cür geniştərkibli nümayəndə heyətinin Moskvaya səfəri bizim ölkənin və Rusiyanın ikitərəfli münasibətləri baxımından əlamətdar hadisədir. Sonra nümayəndə heyətinin üzvləri TASS agentliyində oldular. Onlar agentliyin baş redaktoru Maksim Filimonovla görüş keçirdilər. Orada Azərbaycanda və Rusiyada KİV-lərin inkişafı ilə bağlı maraqlı söhbət və fikir mübadiləsi aparıldı. Növbəti gün Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkətində görüş oldu. Bu şirkət bir sıra televiziya və internet kanallarının, radiostansiyaları birləşdirir. Biz şirkətin beynəlxalq münasibətlər departamentinin rəhbəri Pyotr Fyodorovla, direktor müavini Aleksey Perevoşikovla və direktor müavini – xarici əlaqələr departamentinin başçısı Vladimir Fesiklə görüşdük. Görüşlər zamanı Azərbaycanda da populyar olan Rusiya kanallarının fəaliyyəti ilə bağlı maraqlı fikir mübadiləsi aparıldı. Təəssüflə qeyd olundu ki, bu kanallardakı verilişlərdə və tok-şoularda azərbaycanlı politoloqlar və jurnalistlər iştirak etmirlər. Bizim ölkəmizi çox sevdiyini və Azərbaycana səfər etdiyini vurğulayan P.Fyodorov bildirdi ki, ölkəmizin maraqlarını bütün sahələrdə müdafiə edəcək azərbaycanlı nümayəndələrin tok-şoularda iştirakı üçün heç bir əngəl yoxdur və o, bu verilişlərdə iştirak etmək istəyən politoloq və jurnalistlərimizin siyahısını gözləyir. Həmin gün biz RİA Novosti agentliyində olduq. Əvvəlcə agentliyin binasına ekskursiya təşkil edildi, sonra baş direktor Dmitri Kiselyovla çox maraqlı söhbət aparıldı. Qeyd edim ki, bu insanla müxtəlif mövzulara dair saatlarla söhbət etmək olar. O, “Vesti nedeli” proqramının bazar günü buraxılışına hazırlıqla bağlı məlumat verdi, həmçinin “Sputnik-Azərbaycan” ofisinin fəaliyyət göstərdiyi Bakıya səfəri, Prezident İlham Əliyevlə görüşü barədə təəssüratlarını bölüşdü. Biz Kiselyovla beynəlxalq vəziyyət, hazırda dünyada mövcud olan ikili standartlar, Rusiyanın xarici siyasəti haqqında da fikir mübadiləsi apardıq. O qeyd etdi ki, Rusiya heç vaxt heç bir ölkəni seçim qarşısında qoymur. Hər bir dövlət öz münasibətlərini kiminlə və necə inkişaf etdirməkdə sərbəstdir, RF bütün dövlətlərlə bərabərhüquqlu əsasda əməkdaşlıq etməyə hazırdır. Bu görüşdə Polad Bülbüloğlu da çıxış edərək Azərbaycan nümayəndə heyətinin səfərinin məqsədlərindən danışdı və regional əməkdaşlıq məsələlərinə toxundu. Daha sonra Mərkəzi Jurnalistlər Evində Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyovla görüş keçirildi. O, bu il Azərbaycana səfər etdiyini və Prezident İlham Əliyevin qəbulunda olduğunu xatırlatdı, KİV-lərə Dəstək Fondu ilə imzalanmış memorandumun əhəmiyyətini qeyd etdi. Görüşdə hər iki ölkədə jurnalistlərin və jurnalistikanın vəziyyəti müzakirə olundu, mətbuat nümayəndələrinin qaynar nöqtələrdə fəaliyyətindən bəhs edildi. Qeyd olundu ki, Azərbaycan və Rusiya jurnalistləri beynəlxalq jurnalist təşkilatlarında əməkdaşlıq edərək ümumi mövqeyimizi qoruya bilərlər. Baş redaktor kimi “Komsomolskaya pravda” qəzetinin redaksiyasında keçirilən görüş məndə böyük təəssürat doğurdu. Qeyd edim ki, qəzetin baş redaktoru Vladimir Sunqorkin görüşə İrkutska etdiyi səfərdən dərhal sonra, hətta evinə də baş çəkmədən gəlmişdi. Mənə elə gəlir ki, bu, peşəkarlığın yüksək təzahürüdür və azərbaycanlı jurnalistlərə hörmət əlamətidir. Biz redaksiyanın altımərtəbəli binası ilə tanış olduq. Burada qəzetin yığılması, texniki təchizat, redaksiyanın özünün radio və televiziya kanalları, birbaşa əlaqə üçün zal, mətbəə və s. bizdə böyük təəssürat yaratdı. Biz qəzetin hansı vəsaitlər hesabına saxlanılması ilə maraqlandıq. Sunqorkin qeyd etdi ki, qəzetin səhifələrində çoxlu sayda reklam yerləşdirilir, dövlət strukturları da sosial reklamlara vəsait ayırır. Görüşdə çap mətbuatının dəbdən düşməsi, elektron versiyaların daha aktual olması ilə bağlı məsələyə də toxunuldu. Sunqorkin hesab edir ki, qəzetin saytına gündəlik 4 milyon giriş olsa da, hər halda bütün oxucular məqalələri oradan oxumur. Bir çoxları, o cümlədən məmurlar qəzetin çap variantını oxumağı üstün tuturlar. Səhifələrimizdə isə saytda daha populyar olan yazılar dərc olunur.

Moskvaya səfərimizin sonuncu günündə azərbaycanlı jurnalistlər və Polad Bülbüloğlu “Veçernyaya Moskva” regional qəzetinin redaksiyasında oldular. Burada görüş əvvəlcədən nəzərdə tutulmamışdı. Qəzetin redaksiyası böyük və texnologiyanın son nailiyyətləri ilə təchiz olunmuş binada yerləşir. Baş redaktor Aleksandr Kupriyanov bildirdi ki, qəzetin maliyyə vəsaitinin çoxunu Moskva meriyası ayırır, vəsaitin yalnız 30 faizi redaksiyanın özü tərəfindən qazanılır. Eyni zamanda, qəzetin 5 milyon nüsxəsi hər gün pulsuz olaraq moskvalılara və şəhərin qonaqlarına paylanılır.

-Azərbaycan KİV-lərinin rəhbərlərini Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ilə görüşü barədə bir neçə kəlmə deyərdiniz.

-İyulun 3-də Azərbaycan nümayəndə heyətinin Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ilə çox maraqlı və məhsuldar görüşü oldu. O, Rusiyanın xarici siyasətinin prioritetlərindən danışdı, Moskvanın Gürcüstanla bağlı və Krımdakı vəziyyətə dair mövqeyini əsaslandırdı. Həmçinin jurnalistlərin akkreditasiyası məsələsinə toxunuldu. M.Zaxarova qeyd etdi ki, bütün jurnalistlər ümumi brifinqlərdə iştirak edə bilərlər, lakin Xarici İşlər naziri Sergey Lavrovun brifinq və ya mətbuat konfransında o qədər də mürəkkəb olmayan xüsusi akkreditasiyadan keçmək lazımdır. Təbii ki, Dağlıq Qarabağ mövzusuna da toxunuldu və Zaxarova bir daha vurğuladı ki, bu məsələdə Rusiyanın mövqeyi dəyişməz olaraq qalır, Moskva Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Zaxarova, həmçinin vurğuladı ki, Rusiyanın bütün diplomatik nümayəndəlikləri bu məsələ ilə bağlı dəqiq göstəriş alıblar. Rusiyanın hansısa müstəqil KİV-lərində dərc olunan materiallara əhəmiyyət verilməsinin düzgün olmadığını qeyd edən Zaxarova vurğuladı ki, onların dövlətin rəsmi mövqeyi ilə heç bir əlaqəsi yoxdur. Bu görüşdə də çıxış edən Polad Bülbüloğlu Rusiya XİN-in nümayəndəsinə səfərin məqsədi və onun media sahəsində ikitərəfli münasibətlərin inkişafı üzrə əhəmiyyətindən danışdı.

-Necə hesab edirsiniz, bu görüşlər Azərbaycanın beynəlxalq imicinin artırılması baxımından nə dərəcədə əhəmiyyətlidir?

-Mənim və nümayəndə heyətimizin bütün üzvlərinin bu səfərlə bağlı təəssüratları müsbətdir. Biz bir çox şeyləri öyrəndik, gördük, öz işimizə və imkanlarımıza yeni prizmadan baxdıq. Bizim olduğumuz bütün KİV-lərin dövlət strukturlarının hamısı ilə - Prezident Administrasiyası, hökumət aparatı, parlament, nazirliklərlə birbaşa əlaqədə olması şəxsən məndə xoş təəssürat yaradıb. Yəni onlar istənilən anda ilk mənbədən informasiya ala bilirlər, məlumatları bir daha yoxlayır və dəqiqləşdirirlər. Moskvada görüşdüyümüz həmkarlarımız Azərbaycana ən xoş münasibətlərini ifadə etdilər və bizim jurnalist təşkilatları ilə əlaqələrin inkişafına hazır olduqlarını bildirdilər. Rusiya KİV-lərin söhbət etdiyimiz bütün rəhbərləri Azərbaycanın Rusiyadakı səfirliyinin fəaliyyəti, xüsusən səfir Polad Bülbüloğlu haqqında xoş sözlər söylədilər. Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkətinin rəhbəri isə səfirliyimizi zarafatla Azərbaycanın “gizli silahı” adlandırdı. Vüqar Səfərli rusiyalı jurnalistləri Azərbaycana səfər etməyə dəvət etdi. Həmin səfərin bu ilin sonunadək həyata keçirilməsi gözlənilir. Əminəm ki, bu cür səfərlər, jurnalistlər arasında keçirilən görüşlər iki ölkənin xalqlarına bir-birini daha yaxından tanımaq və başa düşmək imkanı verəcək. Şübhəsiz ki, bu, həm də iki ölkənin jurnalistləri arasında təcrübə mübadiləsini genişləndirəcək və yerli jurnalistikanın səviyyəsini yüksəldəcək. Ümidvaram ki, iki ölkənin jurnalistləri arasında səfərlər mütəmadi olacaq. Azərbaycan jurnalistlərinin Rusiya paytaxtına səfərinin təşkilində göstərdikləri hərtərəfli köməyə görə KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fonduna, Azərbaycan Prezidenti Administrasiyasına, Rusiyanın Bakıdakı səfirliyinə və Azərbaycanın Moskvadakı səfirliyinə təşəkkürümü bildirirəm.

-Maraqlı və məzmunlu müsahibə üçün çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Evi yararsız vəziyyətə düşən vətəndaş üçün müvəqqəti çadır qurulub

Türkiyə XİN Azərbaycan-Ermənistan dövlət sərhədi ilə bağlı əldə edilən razılaşma barədə bəyanat yayıb

İsveçin xarici işlər naziri Qazaxın kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı paylaşım edib

Dörd kəndin qaytarılması Prezident İlham Əliyev başda olmaqla Azərbaycan diplomatiyasının növbəti uğurudur - ŞƏRH

Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib

Qızılhacılı kəndinin sakinləri doğma yurdlarının qaytarılmasının sevincini yaşayırlar

Nəcəf Aydınoğlu: Narkotacirlərin texniki işçiləri və hakerləri də olur

İranın Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatır

Moskva Dövlət Linqvistika Universiteti nəzdində Azərbaycan dili və Mədəniyyəti Mərkəzi 15 illik yubileyini qeyd edib

Hakan Fidan: Dünyanın ən böyük problemi beynəlxalq sistemin ikiüzlülüyüdür

Müdafiə Nazirliyi: Gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir VİDEO

Şəkidə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

WP: ABŞ Ukraynaya hərbi yardım paketini Konqresin təsdiqindən dərhal sonra çatdıra bilər

Ralf Ranqnik “Bavariya”nın baş məşqçisi ola bilər

Təhqiqat qrupunun rəisi: Narkoadminlərin Azərbaycandakı havadarlarının aşkarlanması üçün zəruri addımlar atılır

“GPT-4” neyroşəbəkəsi oftalmoloq həkimlərin səviyyəsinə çatıb

DİN nümayəndəsi: Azərbaycana narkotik vasitələr daha çox cənub sərhədlərindən, əsasən İrandan gətirilir

Moskvada görkəmli azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyevin xatirə gecəsi keçirilib VİDEO

Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib

İsa Həbibbəyli: Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var

Naxçıvanda 1969-1987-ci illərdə 21 iri sənaye müəssisəsi istifadəyə verilib

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib

“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb

“Emirates” aviakompaniyası müntəzəm uçuş cədvəlini bərpa edib

“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir

Paşinyan: Azərbaycanla sərhədin delimitasiyasından sonra Rusiya sərhədçiləri Tavuşdan çıxacaq

Superliqa klubu tanınmış futbolçunu heyətdən kənarlaşdırıb

Qlobal Metan Azaldılması təşəbbüsü çərçivəsində SOCAR və BP şirkətlərinə səfərlər təşkil edilib

Sabah ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib VİDEO

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib

“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır

Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib VİDEO

Baş Prokurorluq tərəfindən Astara rayonunda təmizlik aksiyası təşkil olunub

Çində Qərbi Sakit okean dəniz simpoziumunun 19-cu iclası keçiriləcək

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

“Murov Az Terminal”ın kapitanı: “Neftçi”ni məğlub edərək finala çıxmaq sürpriz deyildi

Qeyri-anklav kəndlərin geri qaytarılması Fransa və digər Qərb dövlətlərinin Azərbaycanla bağlı əsassız iddialarını da ifşa etdi - RƏY

DİN nümayəndəsi: Ailədaxili münaqişələrin neqativ hallara yol açmaması üçün psixoloqların bizə köməyi labüddür

Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağlayıblar

Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər

Sosial sahədə e-xidmətlərə yanvar-mart aylarında 800 minədək müraciət qeydə alınıb

Nigar Arpadarai: Bütün tərəfdaşların COP29-a böyük marağı var VİDEO

Dünya Bankının nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq VİDEO

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Medianın İnkişafı Agentliyi Ermənistanın və bir sıra digər ölkələrin media resurslarında dərc olunan əsassız məlumatlarla bağlı açıqlama yayıb

Azərbaycan Liqası: Çempionluğa iddialı komandalar Mingəçevirdə üz-üzə gələcək

ICESCO üzv ölkələri gənclərin və qadınların innovativ bacarıqlarını artırmağa çağırıb

Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir YENİLƏNİB VİDEO

Kişi şahmatçıların Azərbaycan çempionatında yarımfinalçıları bəlli olub

Azamat Ziyo: Özbəkistan Qafqaz Albaniyasının irsinin araşdırılmasına qrantlar ayırmağa hazırdır

Lənkəran şəhərində qanunsuz tikililər sökülüb VİDEO

Gələcəkdə mediasiya xidmətlərindən ödənişsiz yararlanacaq imtiyazlı şəxslərin sayı artırıla bilər

UNESCO: Gender bərabərliyi üzrə qlobal fəaliyyət zəifləyir

Şəki Dövlət Dram Teatrı tezliklə teatrsevərlərə “Kuraj ana və uşaqları” tamaşasını təqdim edəcək

Bakı Avropa Liseyində Fənlərarası Təlim Proqramının 30 illik yubileyi qeyd olunub

Yaponiya dərman istehsalçısının qida əlavəsində nəzərdə tutulmayan daha iki maddə aşkarlanıb

Qazaxın dörd kəndinin qaytarılması Azərbaycan Prezidentinin növbəti qələbəsidir ŞƏRH

“Ümid nəğməsi” tamaşasının premyerası olub VİDEO

Sumqayıt Tibb Mərkəzi ən çox şəhid ailəsi üzvlərini işlə təmin edib

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci gününə start verilib

BMT-nin Davamlı Enerji Onilliyinə yekun vurulub

Bu ilin üç ayında Rusiyadan Çinə neft ixracı 13 faiz artıb

AzTU-nun nizamnamə fondu 29,4 milyon manat olaraq müəyyən edilib

Bakıda xanım tanışını qətlə yetirməkdə şübhəli bilinən şəxs barədə cinayət işi açılıb

“Rik və Morti” animasiya serialının rəssamı “GameSummit 2024” üçün Bakıya gəlir

Hulusi Kılıç: Türkiyə, Azərbaycan və Rusiya Qafqaz regionunda sülh naminə əməkdaşlıq edirlər

Azərbaycan və Qazaxıstan tarixçiləri iki ölkə arasında tarix assosiasiyası yaratmaq niyyətindədirlər

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

“Sabahın alimləri” müsabiqəsində Şəki-Zaqatala bölgəsinin 6 məktəblisi uğur qazanıb

Barbadosun Baş naziri: COP prezidentləri üçlüyünün yaradılmasını yüksək qiymətləndiririk VİDEO

Aslan Kərimov: Rinat Abdaşov hava limanından otelə qədər başı şampunlu getdi

Aynur Sofiyeva: Ailədaxili münaqişələrin 70 faizini mediasiya vasitəsilə həll etmək mümkündür

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Almaniya 2022-ci ildə təhsil və tədqiqat işlərinə 370 milyard avro xərcləyib

ABŞ qoşunlarını Nigerdən çıxarmağa razıdır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli və “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Macarıstanın Baş naziri yenə də Aİ rəhbərliyini istefaya çağırıb

Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

ABŞ xaricdə izləmə proqramının fəaliyyətini daha iki il uzadır

Rəvan Həsənov: Niyyətimiz Qafqaz Albaniyasının tarixinin yalnız elmi müstəvidə öyrənilməsidir

Ötən gün 5,8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Rusiyalı üç paraşütçü stratosferdən Şimal Qütbünə enib VİDEO

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb

Reabilitasiya Mərkəzinin uşaqları Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər

Mədəniyyət naziri Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə görüşüb

Bu il mediasiya təşkilatlarına ailədaxili mübahisələrlə bağlı 10 mindən çox müraciət daxil olub

Azərbaycan BMT ilə əlaqələri və COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib

I Türk Dövlətləri Kardioloji Qurultayı ölkələrin tibb icmaları arasında əlaqələrin yeni mərhələyə keçdiyinin göstəricisidir

Ötən gün Xankəndi şəhərində 7 avtomat silahı və digər sursatlar aşkarlanaraq götürülüb

Qazaxın kəndlərinin qaytarılması barədə razılıq Azərbaycan Prezidentinin qətiyyətli mövqeyinin realizəsidir ŞƏRH

Ərəb mediası Ermənistanın 4 kəndi Azərbaycana qaytarması barədə xəbərlər dərc edib

COP29-un prezidenti: İqlim dəyişikliyi ilə mübarizədə maliyyə məsələsinin Azərbaycanda geniş müzakirə olunmasına böyük maraq göstərilir VİDEO

Nəsibə Zeynalovanın anadan olmasının 108-ci ildönümü tamam olur

Azərbaycan neftinin qiyməti artıb

ABŞ-da IEA ilə enerji səmərəliliyi və COP29 üzrə əməkdaşlıq müzakirə edilib

Birinci Türk Dövlətləri Kardiologiya Qurultayı əhaliyə göstərilən səhiyyə xidmətlərinin artırılmasına töhfə verəcək

Kamal Abdulla: Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər

Premyer Liqa: “Qəbələ” “Qarabağ”ın, “Neftçi” “Zirə”nin qonağı olacaq