MƏDƏNİYYƏT


Azərbaycan və Rusiyanın mədəniyyət xadimləri Bakıda dialoq aparacaq

Bakı, 3 dekabr, AZƏRTAC

Dekabrın 5-6-da Rusiyanın Mədəniyyət Nazirliyi Bakıda mədəniyyət xadimlərinin Rusiya-Azərbaycan dialoqunu və Rusiya-Azərbaycan kitabxana forumunu keçirəcək.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətində AZƏRTAC-a bildiriblər ki, dekabrın 5-də Bakıdakı Rus evində təşkil olunacaq mədəniyyət xadimlərinin Rusiya-Azərbaycan dialoqu çərçivəsində “Rusiya və Azərbaycanın mədəniyyət xadimlərinin dialoqu. 30 il uğurlu əməkdaşlıq” mövzusunda plenar iclas keçiriləcək. İclasda yaxın illər üçün mədəniyyət sahəsində ikitərəfli əməkdaşlıq perspektivlərinin müzakirəsi və kino sahəsində Rusiya-Azərbaycan əməkdaşlığına həsr olunmuş dəyirmi masa planlaşdırılır. Həmçinin Dövlət Mərkəzi Kino Muzeyinin sərgisi açılacaq.

Dekabrın 6-da Bakıdakı Rus evində Rusiya-Azərbaycan kitabxana forumu – kitabxanaların əməkdaşlığının inkişafına istiqamətlənən xüsusi tədbir təşkil olunacaq. Forumun gedişində plenar iclas, “Kitabxana fondunun inkişafı və qorunub saxlanması” və “Kitabxanaların fəaliyyətində rəqəmsal transformasiya” adlı iki tematik dəyirmi masa, eləcə də “Smolensk qalası” Dövlət muzeyinin sərgisinin təntənəli açılışı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.