İQTİSADİYYAT


Azərbaycan və Rusiyanın regionları arasında əməkdaşlığın böyük perspektivləri var

Bakı, 27 sentyabr, AZƏRTAC

Azərbaycan Rusiyanın böyük ticarət tərəfdaşıdır. Ölkələrimiz, həmçinin regionlarımız arasında ticarət dövriyyəsi ilbəil artmaqdadır. Bu göstərici artıq 1 milyard dollar həcmindədir.

AZƏRTAC xəbər verir ki, bunu Rusiya Federasiyasının kənd təsərrüfatı nazirinin müavini Sergey Lyovin sentyabrın 27-də doqquzuncu Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində keçirilən "Aqrar sahədə əməkdaşlığın inkişafı" mövzusuna həsr edilmiş "dəyirmi masa"da çıxışında deyib.

O bildirib ki, Rusiya Azərbaycana böyük miqdarda taxıl məhsulları, Azərbaycan isə meyvə və tərəvəz məhsulları ixrac edir. Rusiya istehsalçıları Azərbaycana taxıl məhsulları ilə yanaşı, şəkər tozu, süd və digər kənd təsərrüfatı məhsulları göndərmək, birgə müəssisələr yaratmaqda maraqlıdırlar.

Nazir müavini vurğulayıb ki, hər iki ölkənin regionları arasında da əməkdaşlıq sahəsində böyük perspektivlər mövcuddur. Regionlarda mühüm layihələrin həyata keçirilməsi qarşımızda duran əsas məqsədlərdən biridir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.