CƏMİYYƏT


Azərbaycan və Tacikistan qida təhlükəsizliyi sahəsində təcrübə mübadiləsini genişləndirir

Bakı, 6 may, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə Tacikistanın kənd təsərrüfatı naziri Sadi Kərimzoda arasında ikitərəfli görüş keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycanın qida təhlükəsizliyi sisteminin inkişaf etdirilməsi sahəsində atılan mühüm addımlar diqqətə çatdırılıb, həyata keçirilən yeniliklər, o cümlədən innovativ həllərin tətbiqi üzərində keyfiyyətin yüksəldilməsi ilə ümumilikdə əldə olunan uğurlar qeyd edilib. Eyni zamanda ölkələr arasında qida məhsullarının idxal-ixrac prosesinin daha səmərəli təşkili, həmçinin heyvan, bitki sağlamlığı və qida təhlükəsizliyi sahəsində təcrübə mübadiləsinin genişləndirilməsinin, iki ölkə arasında qida təhlükəsizliyinin təmin olunmasında ikitərəfli görüşlərin davam etdirilməsinin faydalı olacağı vurğulanıb.

Tacikistanın kənd təsərrüfatı naziri Sadi Kərimzoda bütün sahələr, o cümlədən qida təhlükəsizliyi sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.

Görüşdə idxal-ixrac proseslərinin sadələşdirilməsi, operativliyin təmin olunması məqsədilə Tacikistanın idxal tələblərinin agentliyə təqdim olunması kimi məsələlər önə çəkilib. Həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında imzalanmış Saziş”də nəzərdə tutulan məsələlərin icrasının daha səmərəli təmin olunması məqsədilə işçi qrupun formalaşdırılmasının zəruriliyi diqqətə çatdırılıb.

Görüşdə heyvan xəstəliklərinə qarşı mübarizə, eyni zamanda özəl baytarlıq fəaliyyətinin qurulması ilə əlaqədar təcrübə mübadiləsinin aparılması mövzusunda fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.