İQTİSADİYYAT


Azərbaycan və Tatarıstanın işgüzar dairələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Bakı, 21 oktyabr, AZƏRTAC

Bakı Ekspo Mərkəzində keçirilən “Rebuild Karabakh” - 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Sərgisi çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Tatarıstanın Azərbaycandakı daimi nümayəndəsi Alfred Zakirov arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimizin işgüzar dairələri arasında əlaqələrin dərinləşdirilməsi və bu istiqamətdə birgə əməkdaşlıq imkanlarına, eləcə də Tatarıstanın aidiyyəti qurumları ilə əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.