ELM VƏ TƏHSİL


Azərbaycan və Tuluza universitetləri əməkdaşlıq edəcəklər

Tuluza, 29 oktyabr, AZƏRTAC

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Tuluza 1 Kapitol Universitetinin və Pol Sabatye adına Tuluza 3 Universitetinin prezidentləri Korin Maskala və Jan-Pyer Vinel ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə təhsil sahəsində əməkdaşlıqdan söhbət açılıb. Səfir Bakıda fəaliyyət göstərən Bakı Fransız Liseyi və Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında ətraflı məlumat verib. UFAZ-ın fransız universitetləri ilə əməkdaşlığından danışıb.

Tuluza universitetlərinin prezidentləri Azərbaycanın ali təhsil ocaqları ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd ediblər.

Görüşdə tələbə və müəllim mübadiləsi, birgə tədqiqat işlərinin aparılması ilə bağlı müzakirələr aparılıb.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Tuluza

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.