Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri başa çatıb
AzerTAg.az
Bakı, 3 oktyabr (AZƏRTAC). Sentyabrın 19-dan başlayan Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri oktyabrın 3-də başa çatıb.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitəsi, o cümlədən “MiQ-29”, “F-16” qırıcı, “Su-25” hücum və “C-130 Herkules” hərbi-nəqliyyat təyyarələri, “Mi-24”, “AH-1W Super Cobra” döyüş və “Mi-17”, “Sikorski UH-60” döyüş-nəqliyyat helikopterləri iştirak edib.
Təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi tapşırıqları yerinə yetirilib.
Xəbərin mətnində orfoqrafik səhv var