SİYASƏT


Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları döyüş uzlaşması imkanlarını yoxlayıblar VİDEO

Bakı, 22 sentyabr (AZƏRTAC). Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri sentyabrın 22-də də davam edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlərdə iştirak edən Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları Azərbaycan pilotları ilə birgə ikiyerli döyüş-təlim “MiQ-29” tipli qırıcı təyyarələrində ölkəmizin hava məkanındakı uçuş zonaları, ərazidəki hərbi aerodromların qalxma-enmə zolaqları, marşrut üzrə aeronaviqasiya vəziyyəti, uçuş, enmə və ehtiyat aerodromlarındakı şəraitlə tanış olmaq məqsədilə uçuşlar həyata keçiriblər.

Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotlarının ikiyerli döyüş-təlim “F-16” tipli qırıcı təyyarələrində Türkiyə pilotları ilə birgə uçuşları da icra olunacaq.

Hərbi Hava Qüvvələrinin təlimləri oktyabrın 3-dək davam edəcək.

Təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitələri, o cümlədən, “MiQ-29”, “F-16” qırıcı, “Su-25” hücum və “C-130 Herkules” hərbi-nəqliyyat təyyarələri, “Mi-24”, “AH-1W Super Cobra” döyüş və “Mi-17”, “Sikorski UH-60” döyüş-nəqliyyat helikopterləri iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.