İQTİSADİYYAT


Azərbaycan və Türkiyə Sədərək-Dilucu gömrük-sərhəd buraxılış məntəqəsində keçidlərin sürətləndirilməsini qərara alıb

Bakı, 29 iyun, AZƏRTAC

Azərbaycan və Türkiyə Sədərək-Dilucu gömrük-sərhəd buraxılış məntəqəsində keçidlərin sürətləndirilməsini qərara alıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə qərar Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Gömrük və Ticarət Nazirliyi arasında Gömrük Sahəsində Birgə Komitənin ikinci iclasında əldə olunub.

Tərəflər Sədərək-Dilucu gömrük-sərhəd buraxılış məntəqəsinin daha səmərəli istifadəsini təmin etmək məqsədilə lazımi təşəbbüslərin həyata keçirilməsinin zəruriliyi barədə razılığa gəlib və hər iki tərəfdə sərhəd keçidlərinin sürətləndirilməsi qərarı qəbul olunub.

Sədərək-Dilucu gömrük idarələrinin rəhbərləri arasında keçirilən aylıq iclas və hesabatlardan məmnunluq ifadə edilib və bunun davam etdirilməsi də qərara alınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.