SİYASƏT


Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Bakı, 10 iyun, AZƏRTAC

İyunun 10-da Ankarada Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında iki ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində növbəti siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, məsləhətləşmələr zamanı ikitərəfli və çoxtərəfli münasibətlərə dair məsələlər müzakirə mövzusu olub.

Siyasi məsləhətləşmələr çərçivəsində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfovun Türkiyə Respublikasının xarici işlər nazirinin müavinləri Yavuz Selim Kıran və Sedat Önalla görüşləri keçirilib.

Görüşlər zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlər müzakirə olunub, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.