İQTİSADİYYAT


Azərbaycan və Türkiyə aqrar sığorta sahəsində əməkdaşlığı genişləndirir

Bakı, 14 iyun, AZƏRTAC

Azərbaycan və Türkiyə aqrar sığorta sahəsində əməkdaşlığı daha da genişləndiriməyə hazırlaşırlar.

AZƏRTAC xəbər verir ki, iki ölkə arasında aqrar sığorta sisteminin inkişafı və genişləndirilməsi məsələləri Türkiyənin kənd təsərrüfatı və meşə nazirinin müavini Fatih Metinlə Azərbaycanın Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqovun görüşündə müzakirə edilib.

Görüşdə qeyd olunub ki, Azərbaycanda aqrar sığorta sisteminin qurulmasına qardaş ölkə böyük dəstək verib. Aqrar Sığorta Fondu və Türkiyənin Kənd Təsərrüfatı Sığortaları Sistemi – TARSİM təşkilatı arasında imzalanan razılaşmalara əsasən, Türkiyə tərəfi ölkəmizdə aqrar sığorta sisteminin qurulmasının bütün mərhələlərində aktiv iştirak edib.

Hazırda bu əməkdaşlıq və təcrübə mübadiləsi davam edir və onun daha da genişlənməsi nəzərdə tutulur.

Aqrar Sığorta Fondunda keçirilən görüşdə bildirilib ki, hazırda Azərbaycanda aqrar sığorta vasitəsilə 14 bitki növü, südlük mal-qara və balıqçılıq təsərrüfatları sığortalanır. Ölkə fermerləri aqrar sığortaya böyük maraq göstərirlər. 2021-ci ilin ilk 4 ayında toplanan sığorta haqlarının 1 milyon manatı keçməsi aqrar sığortaya tələbatın yüksək olduğunun göstəricisidir.

Qarşıdakı dövrdə sığortalanan bitki və heyvanların siyahısının daha da genişləndirilməsi, sığortanın əhatə etdiyi risklərin əhatəsinin isə böyüməsi nəzərdə tutulur.

Görüşdə, həmçinin vurğulanıb ki, bu yeniliklərin tətbiqi məqsədilə Türkiyə və Azərbaycan arasında aqrar sığorta sisteminə dəstək və təcrübə mübadiləsi davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.