ELM VƏ TƏHSİL


Azərbaycan və Türkiyə arasında təhsil sahəsində görülən işlər barədə fikir mübadiləsi aparılıb

Bakı, 9 iyun, AZƏRTAC

Təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikası OSTİM Texniki Universitetinin rektoru Murat Ali Yülekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı təhsil naziri Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq çərçivəsində görülən işlər barədə qonaqlara məlumat verib. Ölkəmizdə ali təhsil sahəsində həyata keçirilən fəaliyyətdə OSTİM Texniki Universitetinin mümkün rolu barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, OSTİM Texniki Universiteti ilə Azərbaycan Texniki Universiteti arasında ikili diplom proqramları, müəllim-tələbə mübadiləsi sahəsində əməkdaşlığın həyata keçirilməsi barədə razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.