İQTİSADİYYAT


Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin rəqəmsallaşdırılması və artırılması müzakirə edilib

Bakı, 2 avqust, AZƏRTAC

İqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənddə Türkiyənin ticarət naziri Mehmet Muşla görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə dövlət başçılarının siyasi iradəsinin, verdikləri tapşırıqların icrasının əlaqələrin inkişafında əhəmiyyəti vurğulanıb. Mikayıl Cabbarov qeyd edib ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və iki ölkə arasında Preferensial Ticarət Sazişi iqtisadi-ticarət əməkdaşlığımızın gücləndirilməsinə əlavə stimul yaradacaq. Qardaş ölkələr arasında uğurlu investisiya tərəfdaşlığı həyata keçirilir, qeyri-neft ticarət dövriyyəsi artır. Vurğulanıb ki, Azərbaycan və Türkiyənin iştirakı ilə həyata keçirilən genişmiqyaslı enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir.

Görüşdə Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatı barədə məlumat verib, qardaş Türkiyə ilə əlaqələrin daha da genişləndirilməsi barədə fikirlərini bölüşüb.

Türkiyənin ticarət naziri Mehmet Muş ortaq dəyərlərə malik olan ölkələrimizin dostluq və qardaşlıq münasibətlərini, strateji müttəfiqliyini vurğulayıb, Azərbaycan-Türkiyə iş birliyinin daha da gücləndirilməsi istiqamətləri, nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini bildirib.

Tərəflər iqtisadi tərəfdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin rəqəmsallaşdırılması və artırılmasını müzakirə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.