CƏMİYYƏT
Azərbaycan və Türkiyə bələdiyyələri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
İstanbul, 10 noyabr, AZƏRTAC
Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyevin bu şəhərin Şişli rayon bələdiyyəsinin sədri Hayri İnönü ilə görüşündə ölkələrimizin bələdiyyələri arasında əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Şişli rayonu ərazisində Heydər Əliyev Parkının salınması, Ümummilli Liderin xatirəsinin qardaş Türkiyənin müxtəlif bölgələrində əbədiləşdirilməsi bu dahi şəxsiyyətin xatirəsinə göstərilən ehtiramın bariz göstəricisi kimi dəyərləndirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul