Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan və Türkiyə bütün beynəlxalq və regional təşkilatlarda vahid mövqe sərgiləyir

Azərbaycan və Türkiyə bütün beynəlxalq və regional təşkilatlarda vahid mövqe sərgiləyir

Bakı, 14 avqust, AZƏRTAC

Bir millət, iki dövlət - Azərbaycan və Türkiyə. Bu gün dünyada ikinci bir nümunə, analoq tapmaq olmaz ki, iki dövlət bir-birinə bu qədər yaxın, sıx, bağlı olsun. Çünki bu, təsadüfi deyil. Bu, sırf qan, kök, soy bağlılığıdır. Dilimiz, dinimiz, ruhumuz, qanımız, canımız birdir. Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdir. Azərbaycanın kədəri Türkiyənin kədəri, sevinci Türkiyənin sevincidir... Bu, keçmişdə də belə olub, bu gün də belədir, sabah da belə olacaq. Kimsənin ötən dönəmlərdə bu birliyi, bu sarsılmazlığı poza bilmədiyi kimi, bundan sonra da heç bir gücün, qüvvənin bu vəhdəti, bu birgəliyi pozması, sarsıtması mümkün olmayacaq. Necə ki, çar Rusiyası, 71 illik sovet boyunduruğu bu birliyi, ruh, kök bağlılığını sarsıda, məhvərindən oynada bilmədi... Ona görə də yenidən buna cəhd edən qüvvələr, min bir fitnə-fəsad ilə öz məkrli niyyətlərinə çata biləcəklərini düşünənlər öz murdar əməllərindən əl çəksələr yaxşı olar. Atalar məsəlimizdə də deyildiyi kimi, dəyirman öz işindədir, çax-çax baş ağrıdır və ağrıdacaq... Üstümüzə, üzərimizə nə qədər çox gələcəklərsə, bizlər bir o qədər güclənəcəyik, bizlər bir millət, iki dövlət olaraq daha da qüvvətlənəcəyik, daha da sıx tellərlə bir-birimizə bağlanacağıq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisinin deputatı, professor Jalə Əliyeva söyləyib.

O bildirib: “Heç kim üçün də sirr deyil ki, Azərbaycan-Türkiyə qardaşlığı, Azərbaycan-Türkiyə dostluğu, əməkdaşlığı, müttəfiqliyi 1993-cü ilin iyunundan - Ulu Öndərimizin ikinci dəfə hakimiyyətə gəlməsindən, o cümlədən Ümummilli Liderimizin yolunu və siyasətini uğurla, layiqincə davam etdirən Prezident İlham Əliyevin prezident seçilməsindən, eləcə də Rəcəb Tayyib Ərdoğanın Türkiyənin Baş Naziri və Prezidenti seçilməsindən sonra daha da güclənib, yeni səviyyəyə yüksəlmişdir. Həm dövlətlərimiz, xalqlarımız arasında qardaşlıq, dostluq, müttəfiqlik münasibətləri ən yüksək səviyyələrə qalxmış, həm də liderlərimiz arasında dostluq və qardaşlıq münasibətləri hər kəs üçün nümunəyə çevrilmişdir. Bu gözəl, yüksəksəviyyəli münasibətlərin nəticəsidir ki, bu gün həm Azərbaycan, həm də Türkiyə nəinki yerləşdikləri coğrafiyanın, bütövlükdə dünyanın əsas güc mərkəzlərindən, söz-nüfuz sahiblərindən birinə çevrilmişdir. Ölkələrimizin birgə razılığı və iştirakı olmadan bölgədə, bu coğrafiyada heç bir beynəlxalq və regional layihənin həyata keçirilməsi mümkün ola bilməz və olmayacaq. Son illər icra edilən layihələr, o cümlədən TANAP da məhz bu birgə əməkdaşlığın, qardaşlığın təzahürüdür. Hər iki dövlət, eyni zamanda, bütün arenalarda, bütün platformalarda, bütün beynəlxalq və regional təşkilatlarda hər bir məsələdə vahid mövqe sərgiləyir. Azərbaycan terrorizmə qarşı mübarizədə daim Türkiyənin yanındadır, onun bütün addımlarını birmənalı şəkildə dəstəkləyir. Öz növbəsində Türkiyə Dağlıq Qarabağ məsələsində daim Azərbaycanın mövqeyindən çıxış edir, münaqişənin yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmasını tələb edir. Təsadüfi deyil ki, bu günlərdə Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində növbəti erməni təxribatı nəticəsində yaranan gərginlik zamanı ilk etiraz səsini ucaldan, Azərbaycanı birmənalı dəstəkləyən, bir daha bütün addımlarında onun yanında olduğunu və olacağını bildirən məhz qardaş Türkiyə hökuməti və xalqı oldu. Dünya bununla daha bir mesaj aldı ki, Türkiyə-Azərbaycan, Azərbaycan-Türkiyə vəhdəti sözdə deyil, əməldədir.

Deputat qeyd edib ki, son bir neçə gündə yaşananlar isə Azərbaycan-Türkiyə qardaşlığında yeni, növbəti parlaq, könül oxşayan, qəlblərə rahatlıq gətirən, gələcəyə inam yaradan addımlardır. Bir gün ərzində Azərbaycan Xarici İşlər və Müdafiə nazirlərinin Türkiyəyə səfər etməsi, yüksəksəviyyəli görüşlər keçirməsi, xüsusilə hər iki nazirin Prezident Ərdoğan tərəfindən qəbul edilməsi, eyni zamanda, Türkiyə Silahlı Qüvvələrinin əsgər və zabitlərinin Azərbaycana gəlməsi, növbəti birgə hərbi təlimlərin keçirilməsi, bununla düşmənə və onun havadarlarına gözdağı verməsi, eləcə də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın başçılığı ilə yüksəksəviyyəli hərbi nümayəndə heyətinin ölkəmizə səfər etməsi, Prezident, Ali Baş Komandan İlham Əliyevlə görüşməsi hər birimizi qürurlandırır, hər birimizdə iftixar hissi doğurur. Bunlar sözlə ifadəsi mümkün olmayan hislərdir. Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyevin görüşdə söylədiyi fikirlər deyilənlərin əyani təsdiqi və növbəti təcəssümü oldu. Prezident İlham Əliyev dedi: “Bir ay bundan öncə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi hücumu nəticəsində hərbçilərin və mülki şəxsin həlak olması bir daha göstərir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti davam edir. Bizi ilk və birmənalı şəkildə dəstəkləyən ölkə Türkiyə olmuşdur. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan, hörmətli cənab nazir, siz, Xarici İşlər naziri, digər vəzifəli şəxslər bir neçə dəfə çox kəskin və ciddi açıqlamalar vermisiniz ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və hər zaman Azərbaycanla bir yerdə olacaqdır. Bu, bizi daha da ruhlandırır və yenə də bizim bir-birimizə nə qədər yaxın olduğumuzu göstərir...”. Həmçinin belə bir əminlik ifadə edildi ki, bizim qardaşlarımız – Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti bu günlər ərzində Azərbaycanda olarkən burada öz Vətənlərində olduqlarını özləri də gördülər. Onlar Türkiyəyə döndükdən sonra da o xatirələri öz qəlblərində saxlayacaqlar. Eyni zamanda, Hulusi Akar dediyi kimi: “Həqiqətən bir millət, iki dövlətik, bunu ən kiçik fərdə qədər hər kəs bilir. Xüsusilə, Türkiyədə 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyünür. Buradakı dostlarımıza da dedik, Azərbaycan tək deyil. Bunu hər kəs bilsin. Biz bərabərik, birik, bir millətik. Biz sülhün, sabitliyin tərəfdarıyıq. Təkcə ölkələrimizin təhlükəsizliyi, əmin-amanlığı mənasında deyil, bütün Qafqazın, bütün bölgənin sülh və əmin-amanlıq içərisində olmasının tərəfdarıyıq. Digər tərəfdən, haqqımızın, hüququmuzun, mənafelərimizin də tapdalanmasına imkan verməyəcəyimizi, bunların qorunması üçün lazım olan nə varsa edəcəyimizi hamının bilməsini istəyirik".

Bu sözlərlə Hulusi Akarın bir daha Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan birliyinin heç zaman pozulmayacağını qətiyyətlə və birmənalı şəkildə bəyan etdiyini deyən Jalə Əliyeva qeyd edib: “Bütün bunlar hər birimizdə bir daha qəti əminlik yaradır ki, Azərbaycan-Türkiyə həmrəyliyi, birliyi nəticəsində həm terrorun kökü birdəfəlik kəsiləcək, həm də Ermənistanın, onun havadarlarının Qarabağ işğalına birdəfəlik son qoyulacaq. Türkiyə-Azərbaycan, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, müttəfiqliyi hələ çox qələbələrə, zəfərlərə öz əbədi imzasını atacaq. Yaşasın, qardaşlığımız! Yaşasın, dostluğumuz! Yaşasın birliyimiz!”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb