CƏMİYYƏT


Azərbaycan və Türkiyə gəncliyi erməni yalanlarına qarşı birgə mübarizə aparacaq

Bakı, 28 aprel, AZƏRTAC

ABŞ-ın qondarma soyqırımı yalanlarına qarşı Türkiyə-Azərbaycan gəncləri arasında onlayn konfrans keçirilib. Türkiyənin Öncü Gənclik Birliyi və Azərbaycanın "İslahatçı Gənclər" İctimai Birliyinin ortaq təşkilatçılığı ilə baş tutan konfransda hər iki ölkəni təmsil edən nüfuzlu gənclər təşkilatlarının rəhbərləri, fəal gənclər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, konfransda açılış nitqi ilə çıxış edən Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek erməni soyqırımı yalanının Birinci Dünya müharibəsi dövründə İngiltərənin müharibə təbliğatı kimi ortaya çıxdığını qeyd edib: "Erməni soyqırımı yalanı tamamilə siyasi və imperialist bir şüar idi. Ancaq onlar hüquqi olaraq bunu sübut edə bilmədilər. "Erməni soyqırımı" ifadəsi imperialist bir yalandır, soyqırımı deyil, vətənin müdafiəsidir. "Soyqırımı" hüquqi bir anlayışdır və cinayətdir. Bu qərarı yalnız məhkəmələr verə bilər. Avropa İnsan Haqları Məhkəməsində "Perinçek - İsveçrəyə qarşı" və "Ali Mercan İsveçrəyə qarşı" məhkəmə proseslərində "erməni soyqırımı"nın bir yalan olduğu hüquqi olaraq sübut olunub".

Çıxış edən "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, ABŞ Prezidenti Baydenin 1915-ci il hadisələrindən danışarkən "soyqırımı" terminindən istifadə etməsinin hüquq və tarixlə heç bir bağlılığı yoxdur: "ABŞ illərdir soyqırımı faktından Türkiyəyə qarşı siyasi şantaj vasitəsi kimi istifadə edirdi. Türkiyə bundan heç bir şey itirməyəcək.

Azərbaycan başda Prezident İlham Əliyev olmaqla, dövlət və xalq olaraq, erməni soyqırımı yalanına sərt reaksiya verərək, Türkiyə ilə həmrəylik nümayiş etdirdi. Düşünürəm ki, Azərbaycan və Türkiyə gəncliyi də erməni yalanlarına qarşı mübarizədə birgə çalışmalıdır".

Daha sonra çıxış edən Türkiyənin Öncü Gənclik Birliyinin sədri Ferdi Tanhan bildirib ki, Türkiyəni müdafiə etmək Azərbaycanı müdafiə etmək deməkdir. "Bir millət, iki dövlət" anlayışı bizim üçün çox dəyərlidir. Erməni soyqırımı yalanı hər iki dövləti hədəf alır. Baydenin qondarma soyqırımı bəyanatına qarşı Azərbaycan və Türkiyə gəncliyi birgə hərəkət etməlidir”.

Konfransda sonra Azərbaycan və Türkiyədən tanınmış gənclər təşkilatlarının sədrləri, ekspertlər çıxış edərək, birgə fəaliyyətin həyata keçirilməsi üçün təkliflər verib, həmrəylik nümayiş etdiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.