SİYASƏT


Azərbaycan və Türkiyə hərbçilərinin cənub sərhədləri boyu birgə təlimi VİDEO

Azərbaycan və Türkiyə hərbçilərinin cənub sərhədləri boyu birgə təlimi VİDEO

Bakı, 5 dekabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi keçirilir. Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim cənub sərhədləri boyu əraziləri əhatə edir.

Təlimlər Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən təşkil olunur.

AZƏRTAC Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimindən videonu təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.