ELM VƏ TƏHSİL


Azərbaycan və Türkiyə məktəbliləri dostlaşırlar

Bakı, 5 yanvar, AZƏRTAC

Azərbaycan və Türkiyə məktəbliləri dostlaşırlar.

AZƏRTAC xəbər verir ki, Bakı şəhəri Nərimanov rayonundakı 47 nömrəli tam orta məktəbin 2C sinfinin şagirdləri Ankaranın Mamak rayonundakı Əli Kuşçu adına orta məktəbin 2D sinif şagirdləri ilə ötən ilin dekabr ayından məktublaşırlar. Uşaqların, onların valideynlərinin və müəllimlərinin razılığı ilə atılan bu ilk addım məktəblilərin qarşılıqlı olaraq qardaş ölkə haqqında məlumatlarını artırır. Bu, həmçinin Azərbaycanda və Türkiyədə qardaş ölkəni yaxından tanıyaraq böyüyən bir nəslin yetişməsinə töhfə vermək baxımından önəmlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.