ELM VƏ TƏHSİL


Azərbaycan və Türkiyə müəllimləri üçün “Media savadlılığı və dezinformasiya” mövzusunda seminar yekunlaşıb

Bakı, 14 oktyabr, AZƏRTAC

“eTwinning Plus” layihəsi çərçivəsində Azərbaycan və Türkiyə arasında “Media savadlılığı və dezinformasiya” mövzusunda ikitərəfli seminar başa çatıb.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 3 gün davam edən seminarda yerli və türk mütəxəssislər tərəfindən təlimlər təşkil olunub, Türkiyədən və Azərbaycandan seminara qoşulan müəllimlər öz tədris təcrübələrini paylaşıb və platformada birgə 33 təhsil layihəsinin icrasına başlayıblar.

Sonda tədbirdə iştirak edən müəllimlər sertifikatlarla təltif olunub.

Xatırladaq ki, ölkəmiz 2013-cü ildən etibarən “eTwinning Plus” layihəsində iştirak edir. Layihə Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının “eTwinning” layihəsinin tərkib hissəsidir. Layihənin əsas məqsədi proqramda iştirak edən 40-a yaxın Avropa ölkəsindən olan pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, həmçinin birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.