SİYASƏT


Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri “Şərəf” medalı ilə təltif olunublar

İstanbul, 16 may, AZƏRTAC

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov və Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 25 illik yubileyi münasibətilə təsis olunan “Şərəf” medalı ilə təltif olunublar.

AZƏRTAC xəbər verir ki, medal iki qardaş ölkənin parlament sədrlərinə QDİƏT Parlament Məclisinin 25-ci ildönümünə həsr olunmuş Spikerlərin Sammiti çərçivəsində təqdim olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.