SİYASƏT


Azərbaycan və Türkiyə prezidentlərinin Qarabağa səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb

Tbilisi, 16 iyun, AZƏRTAC

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, Prezident İlham Əliyevin qardaş ölkənin dövlət başçısını Füzulidə qarşılaması, ölkə başçılarının Şuşaya birgə səfər etmələri və burada keçirilən tədbirlərdə iştirakları, eləcə də söylədikləri fikirlər Gürcüstan mətbuatının diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın interpressnews.ge report.ge, 24news.ge, kavkasia.net, interpress.ge, aktual.ge, informasiya portalları, paltranews, 1tv.ge, rustavi2.tv televiziya kanalları Azərbaycan, rus, ingilis və gürcü dillərində silsilə materiallar yayıblar.

Materiallarda Azərbaycan və Türkiyə prezidentlərinin region və dünya ölkələrinə verdikləri mesajlar xüsusi qeyd olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.