SİYASƏT


Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları Şuşa Bəyannaməsi İndoneziya KİV-lərinin də diqqət mərkəzindədir

Cakarta,17 iyun, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla iyunun 15-də imzaladığı Şuşa Bəyannaməsi İndoneziya KİV-lərinin də diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, İndoneziyanın “kempalan.com” və “news.detik.com” saytlarının yaydıqları məqalələrdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir gün əvvəl tarixi Azərbaycan şəhəri olan Şuşaya səfəri barədə ətraflı məlumat verilir. Məqalələrdə Türkiyənin dövlət başçısının Şuşada Prezident İlham Əliyevlə görüşdüyü və əməkdaşlıq barədə Bəyannamə imzaladığı xüsusi vurğulanıb.

Azərbaycan Prezidentinə istinadla bildirilib ki, sənəddə tərəflər arasında hərbi sənayenin inkişafının və hərbi məsələlərdə qarşılıqlı dəstəyin də daxil olduğu ticari-siyasi məsələlər əks olunub.

Qeyd edilir ki, tərəflər arasında yeni dövrün başlandığını vurğulayan dövlətimizin başçısı Türkiyə və Azərbaycanın yan-yana dayandığını bildirib. Qarabağ məsələsində Türkiyənin Azərbaycanı dəstəkləməsi isə onların birliyini birbaşa təsdiq edir.

Eyni zamanda, Rəcəb Tayyib Ərdoğanın da Dağlıq Qarabağın qanuni sahibinə qayıtması barədə sözləri sitat kimi verilib. Türkiyə Prezidentinə istinadla qeyd edilib ki, Şuşada Türkiyənin baş konsulluğunun açılması da planlaşdırılır.

Türkiyənin dövlət başçısının sözlərini sitat gətirən “kempalan.com” saytı yazır: “Ermənistanın ona xoş niyyətlə uzadılan həmrəylik əlini tutmasını, ortaq gələcəyi birlikdə formalaşdırmaq fürsətindən yaxşı istifadə etməsini arzu edirik. Biz regionda sülhün bərqərar olmasını istəyirik”.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Cakarta

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.