SİYASƏT


Azərbaycan və Türkiyə prezidentlərinin qarşılıqlı səfərləri əsl qardaşlıq, dostluq və müttəfiqlik nümunəsidir

Bakı, 16 may, AZƏRTAC

Prezident İlham Əliyevin Türkiyəyə növbəti səfəri, Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etməsi bir daha Azərbaycan-Türkiyə sarsılmaz birliyinin əyani təzahürü olduğunu, ölkələrimiz arasında əməkdaşlığın, qardaşlığın regional və dünya miqyasında önəmli amilə çevrildiyini bir daha isbatlayır. Eyni zamanda, iki qardaş ölkənin dövlət başçılarının təkbətək görüşündə energetika, nəqliyyat, enerji təhlükəsizliyi ilə bağlı əməkdaşlıq məsələlərini, həmçinin bölgədəki vəziyyəti müzakirə edib, eləcə də postmünaqişə dövrü, Azərbaycan ilə Ermənistan və Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması ilə bağlı fikir mübadiləsi aparıblar. Heç şübhəsiz ki, bu cür qarşılıqlı səfərlər Azərbaycan-Türkiyə birliyi dostluq, qardaşlıq və müttəfiqlik rəmzinə, mühüm regional təhlükəsizlik amilinə çevrilib, həmçinin dünyada dil və etnik baxımdan bir-birinə yaxın ölkələrin çox olması fonunda bu birlik nümunəvi xarakter daşıyır.

Bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov AZƏRTAC-a açıqlamasında deyib.

YAP Nizami rayon təşkilatının sədri diqqətə çatdırıb ki, Vətən müharibəsinin ilk saatlarından son dəqiqələrinədək Türkiyə Azərbaycanın yanında olub.

Müharibənin ilk saatlarından Türkiyənin “Azərbaycan tək deyil və rəsmi Ankaranın onun yanında olduğunu” bəyan etdiyini vurğulayan Ramil Vəlibəyov deyib: “Bu, əlbəttə ki, Azərbaycana çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdi. Bu birlik bu gün də müşahidə edilməkdədir. Bu gün bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də iki qardaş ölkə çiyin-çiyinə bir yerdə fəaliyyət göstərir”.

Bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığının, qardaşlığının önəmli amilə çevrildiyini vurğulayan Ramil Vəlibəyov əlavə edib ki, dövlət başçılarının qarşılıqlı səfərləri əsl qardaşlıq və dostluq nümunəsidir. Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, iki qardaş ölkə bir yerdədir, birliyi sarsılmazdır və əbədidir. Eyni zamanda, bu, bir mesajdır ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.