CƏMİYYƏT


Azərbaycan və Türkiyə qida təhlükəsizliyi sahəsində elektron sistemlərinin inteqrasiyasını həyata keçirəcək

Bakı, 4 iyul, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Qida və Nəzarət Baş İdarəsinin nümayəndə heyəti arasında videokonfrans formatında görüş keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə bitkiçilik məhsullarının zərərvericilərinə qarşı mübarizədə Türkiyə təcrübəsinin öyrənilməsi, eləcə də gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Görüş zamanı 2021-ci il sentyabrın 28-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”in əhəmiyyətinə toxunulub, həmin Saziş və “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq üzrə Birgə Fəaliyyət Planı” çərçivəsində görülən işlər yüksək qiymətləndirilib.

Bitki mühafizə vasitələri və baytarlıq preparatlarının idxal-ixrac əməliyyatları üzrə elektron sistemlərin təkmilləşdirilməsi, Türkiyə və Azərbaycanın müvafiq elektron sistemlərinin inteqrasiyası imkanlarının nəzərdən keçirilməsi, Milli Referens Laboratoriyasının idarə edilməsi üzrə sistemin yaradılması kimi məsələlər üzrə müzakirələr aparılıb və həmin istiqamətlər üzrə ekspertlərin qarşılıqlı səfərinin həyata keçirilməsi üzrə razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.