İQTİSADİYYAT


Azərbaycan və Türkiyə yük vaqonlarının birgə istehsalına başlayacaq

Bakı, 6 dekabr, Elvin Camalov, AZƏRTAC

Azərbaycan və Türkiyə yük vaqonlarının birgə istehsalına başlayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan Türkiyə KİV-lərinə müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edəcək yük vaqonlarının istehsalını birlikdə həyata keçirəcək. Bununla əlaqədar Azərbaycanda zavod yaradılacaq. Nazirin sözlərinə görə birgə müəssisənin layihələşdirilməsi ilə bağlı işlər yekunlaşmaq üzrədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.