SİYASƏT
Azərbaycan və Türkiyən prezidentlərinin təklif etdiyi “3+3” formatı bütün qonşularla əməkdaşlığa yönəlib
Tbilisi, 18 yanvar, AZƏRTAC
Azərbaycan işğal olunmuş torpaqlarını azad edib və regional əməkdaşlığa hazırdır. Təklif etdiyimiz “3+3” formatı da məhz region ölkələri və bütün qonşularla əməkdaşlığa yönəlib. Biz Gürcüstanın da bu formatda iştirakını arzulayırıq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev söyləyib.
F.Şəfiyev deyib ki, Gürcüstan “3+3” formatına dəvət olunub, amma rəsmi Tbilisi hələlik bu təşəbbüsə qoşulmayıb.
“Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə həm üçtərəfli, həm də ikitərəfli formatlarda uğurlu əməkdaşlıq edirlər. Bu da müsbət nəticələrini verməkdədir. Yeni formatda da qapılar açıqdır və Gürcüstan nə zaman münasib bilsə, formata qoşula bilər. Bizim Gürcüstanla birbaşa və Türkiyə ilə birgə üçtərəfli formatda əməkdaşlığımız davam edəcək”, - deyə o bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi