İQTİSADİYYAT


Azərbaycan və Türkiyənin kənd təsərrüfatı sahəsini əhatə edən həmkarlar ittifaqları arasında müqavilə imzalanıb

Bakı, 1 oktyabr, AZƏRTAC

Ölkəmizdə səfərdə olan Türkiyənin kənd təsərrüfatı sahəsini əhatə edən həmkarlar ittifaqı “Türk Tarım Orman İş” Sendikasının sədri Əhmət Dəmirçi, sədr müavinləri Mustafa Buyruk və Erdal Polat Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi ilə görüş keçirib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərindən, eləcə də iki ölkənin həmkarlar ittifaqları arasındakı əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və perspektivlərdən danışılıb.

KTN-nin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sərdi Fuad Məmmədov və Əhmət Dəmirçi təşkilatlar arasında birgə əməkdaşlıq müqaviləsi imzalayıblar. Qardaş ölkənin sahə həmkarlar ittifaqının rəhbərliyi, həmçinin KTN-də bir sıra görüşlər keçirib, Türkiyə-Azərbaycan əlaqələri, türkiyəli iş adamlarının işğaldan azad olunmuş torpaqlarda kənd təsərrüfatı sahəsində gördüyü işlər, quruculuq-bərpa işlərinə verdikləri töhfələr müzakirə mövzusu olub.

Nümayəndə heyəti Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda görülən işlərlə də tanış olub, institutun kollektivi ilə görüşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.