ELM VƏ TƏHSİL


Azərbaycan və Türkiyənin texniki universitetləri əməkdaşlıq edəcək

Bakı, 6 fevral, AZƏRTAC

Fevralın 6-da Türkiyənin İstanbul Texniki Universitetinin prorektoru, professor Əli Fuad Aydının başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub. Bu barədə AZƏRTAC-a AzTU-dan məlumat verilib.

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov rəhbərlik etdiyi universitet haqqında qonaqlara geniş məlumat verib. Son illər universitetin kadr potensialı, elmi-texniki və beynəlxalq əlaqələrinin inkişafı ilə bağlı görülən işlər diqqətə çatdırılıb. Rektor əvəzi iki il öncə İstanbul Texniki Universitetinin texnoparkında olduğunu xatırladaraq, AzTU-da bu cür texnopark mühitinin formalaşdırılması üçün yüksək elmi potensial və istək olduğunu vurğulayıb.

Əli Fuad Aydın İstanbul Texniki Universitetinin AzTU ilə əlaqələrin yüksək səviyyədə qurulacağına əminliyini bildirib. Prorektor qeyd edib ki, hazırda İstanbul Texniki Universitetinin texnoparkı dünya üzrə Amerika Birləşmiş Ştatları və Niderland Krallığının texnoparklarından sonra üçüncü yerdə qərarlaşır. Bundan əlavə “ERASMUS” və digər beynəlxalq təhsil layihələrində aktiv iştirak etdiklərini deyən Əli Fuad Aydın gələcəkdə bu layihələrdə AzTU ilə birgə iştirakın mümkün olduğunu bildirib.

Sonda Xalıq Yahudov İstanbul Texniki Universitetinə dəvət edilib. Qərara alınıb ki, səfər çərçivəsində iki universitet arasında əməkdaşlığa dair müqavilə imzalansın.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.