İQTİSADİYYAT


Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 344 milyon dollara yaxın olub

Kiyev, 1 avqust, AZƏRTAC

2018-ci ilin 6 ayında Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 344 milyon dollara yaxın olub. Bu 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 58,4 milyon dollar çoxdur. Bu barədə AZƏRTAC-a Ukrayna Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, 2018-ci ilin hesabat dövründə Azərbaycandan Ukraynaya 146 milyon 553 min 67 dollar dəyərində məhsul ixrac olunub. Hesabat dövründə Azərbaycanın Ukraynadan etdiyi idxalın dəyəri isə 197 milyon 312 min 68 dollar təşkil edib.

Qeyd edək ki, 2017-ci ildə Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 810 milyon dolları ötüb ki, bu da 2016-cı illə müqayisədə 2,4 dəfə çoxdur.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.