İQTİSADİYYAT


Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin artırılması istiqamətində yeni layihələr həyata keçiriləcək

Kiyev, 6 dekabr, AZƏRTAC

2022-ci ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin artırılması istiqamətində yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a açıqlamasında Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Ukraynanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Son 3 ildə ticarət artımı qeydə alınsa da, rəqəmlər mövcud potensialı əks etdirmir.

“İki ölkə arasında ticarət dövriyyəsi əsasən neft, neft məhsulları, ərzaq məhsulları hesabına artır. Ancaq biz maraqlıyıq ki, birgə istehsal müəssisələri yaradılmaqla bu göstəricilər artsın. Bu istiqamətdə hər iki ölkənin sahibkarları tərəfindən istək var”, - deyə Gennadi Çijikov əlavə edib.

O bildirib ki, Azərbaycan və Ukrayna arasında ticarət əməkdaşlığının gücləndirilməsi üçün institusional dəstək artmaqdadır.

“Ukrayna Ticarət və Sənaye Palatası bu istiqamətdə sahibkarlara dəstək verməyə hazırdır. İnanırıq ki, gələn il daha uğurlu layihələrin şahidi olacağıq”, - deyə Gennadi Çijikov vurğulayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.