MƏDƏNİYYƏT


Azərbaycan və Ukrayna oxucuları arasında görüş

Bakı, 21 oktyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə paytaxt kitabxanalarının fəal oxucuları ilə tanınmış Ukrayna uşaq yazıçısı İnna İşukun görüşü təşkil edilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, “Zoom” platforması üzərindən keçirilən görüşdə Azərbaycan oxucularına yazıçı haqqında məlumat verilib.

Daha sonra oxucularla müəllif arasında maraqlı söhbət keçirilib. Kiçikyaşlı oxucular müəllifin əsərlərinə çəkilmiş rəsmlər təqdim edib və şeirlərini səsləndiriblər.

Ukrayna uşaq yazıçısı İnna İşyuk oxuculara öz kitabından nümunələr oxuyub, müxtəlif tapmacalar səsləndirib və oyunlar təqdim edib. Müəllif əsərlərinin Azərbaycanda öz oxucularını tapmasından məmnunluğunu bildirib və ilk görüşün davamlı olması arzusunu ifadə edib.

Görüşün sonunda Bakı kitabxanalarının əməkdaşları 44 günlük müharibənin Zəfərindən söhbət açıb, o cümlədən vətənpərvərlik şeirləri və kompozisiyalar təqdim edilib.

Qeyd edək ki, İnna İşuk 130-dan çox uşaq kitabının müəllifidir. Ukrayna Milli Yazıçılar İttifaqı Odessa uşaq yazıçıları bölməsinin rəhbəridir. 15 il ərzində müəllifin uşaqlar üçün 130-a qədər kitabçası, şeir və nəsr topluları, almanaxları işıq üzü görüb. O, "Спокойной ночи, малыши!" (“Gecəniz xeyrə qalsın, balalar”) televerilişinin ssenari müəlliflərindən biri, "Болдинская осень в Одессе" (“Odessada Boldin payızı”) festivalının mükafatçısıdır. İki dəfə – 2017-ci ildə “Uşaqlar üçün şeir”, 2020-ci ildə isə "Волшебная монета" (“Sehrli qəpik”) kinossenarisinə görə beynəlxalq müsabiqənin qalibi və “Korney Çukovski” mükafatının sahibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.