Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycan və Vyetnam ali təhsil müəssisələrinin birgə forumunun keçirilməsi planlaşdırılır

Azərbaycan və Vyetnam ali təhsil müəssisələrinin birgə forumunun keçirilməsi planlaşdırılır

Bakı, 26 sentyabr, Maqsud Dadaşov, AZƏRTAC

Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Vyetnam Sosialist Respublikasında səfərdə olub. Nazir müavini AZƏRTAC-a müsahibəsində səfərlə bağlı təəssüratlarını bölüşüb.

F.Qurbanovun sözlərinə görə, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı və başqalarından ibarət nümayəndə heyətinin Vyetnama səfərinin məqsədi ikinci Azərbaycan-Vyetnam Dostluq Forumunda iştirak etmək olub. Sentyabrın 21-dən 23-dək davam edən səfərin ilk günü Azərbaycan nümayəndə heyəti Vyetnamın təhsil və təlim nazirinin müavini Pham Man Hung ilə görüşüb.

Söhbət zamanı müzakirə olunan məsələlərlə bağlı məlumat verən F.Qurbanov görüşdə ölkələrimiz arasında yüksək səviyyəli və tarixi əlaqələrə toxunduğunu deyib. Həmçinin o, 2014-cü ilin mayında Prezident İlham Əliyevin Vyetnama, 2015-ci ilin mayında isə Vyetnamın Prezidenti Çionq Tan Şanqın Azərbaycana rəsmi səfərlərinin digər istiqamətlərlə yanaşı, təhsil sahəsində də əməkdaşlıq imkanları üçün əlverişli zəmin yaratdığını diqqətə çatdırıb. Nazir müavini deyib: “Söhbət zamanı ölkələrimizin universitetləri arasında əlaqələrin gücləndirilməsi məqsədilə ali məktəblərin forumunun keçirilməsini də təklif etdim”.

Bildirilib ki, görüşdə P.Hung vyetnamlı mütəxəssislərin hazırlanmasında Azərbaycan ali təhsil müəssisələrinin müstəsna rol oynadığını, keçən əsrin 60-cı illərindən bu günədək dörd mindən çox vyetnamlının ölkəmizdə təhsil aldığını, həmin məzunların hazırda Vyetnamın müxtəlif dövlət və özəl qurumlarının fəaliyyətində iştirak etdiklərini vurğulayıb. Bu dəstəyə görə Azərbaycana minnətdarlığını bildirən Vyetnam tərəfi ölkəmizin təhsil sahəsindəki təcrübəsini öyrənməkdə maraqlı olduqlarını qeyd edib. F.Qurbanov deyib: “P.Hung ali təhsil müəssisələri arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq forumun keçirilməsi ilə bağlı səsləndirdiyim təklifi dəstəklədi. Həmçinin hər iki ölkəyə təhsil almağa gələn tələbələrə xüsusi təqaüdlərin verilməsini təklif etdi”.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Vunq Tau şəhərində keçirilən ikinci Azərbaycan-Vyetnam Dostluq Forumunda iştirakından danışan nazir müavini vurğulayıb ki, tədbir ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuşdu. “Azərbaycanda təhsil almış 200-dək məzun forumda iştirak edib. Onların arasında parlamentin nümayəndələri, Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvləri, dörd general, admiral, dövlət orqanlarının məsul işçiləri vardı. Tədbirdə çıxışım zamanı 2014-cü il mayın 19-da Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri çərçivəsində Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşünü xatırlatdım. Bildirdim ki, həmin görüş zamanı dövlətimizin başçısı tərəfindən irəli sürülən təşəbbüsə və müvafiq tapşırığa uyğun olaraq, 2015-ci il mayın 7-də birinci Azərbaycan-Vyetnam Dostluq Forumu vyetnamlı məzunların iştirakı ilə Bakıda yüksək səviyyədə təşkil olunub. Tədbirdə, həmçinin Prezident İlham Əliyevin 2017-ci il 11 sentyabr tarixli sərəncamları ilə iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlərinə görə Vyetnam-Azərbaycan Dostluq Təşkilatının prezidenti, Vyetnam Sosialist Respublikası Parlamentinin üzvü Nghiem Vu Khai və Vyetnam Sosialist Respublikası Prezident Administrasiyasının beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nguyen Vu Ha Lenin “Tərəqqi” medalı ilə təltif olunduqlarını bildirdim və ali mükafatı sahiblərinə təqdim etdim”, - deyə F.Qurbanov diqqətə çatdırıb.

Nazir müavini bildirib ki, forumda Vyetnam Hökuməti adından çıxış edən Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, sabiq Hərbi Dəniz Qüvvələrinin komandanı, müdafiə nazirinin müavini, admiral Fam Hoai Nam özünün də vaxtilə Azərbaycanda ali hərbi məktəbdə təhsil aldığını deyib. O, Azərbaycan hökumətinin vyetnamlı tələbələrə yaratdığı bu imkanı və dəstəyi yüksək dəyərləndirərək dərin təşəkkürünü ifadə edib. Fam Hoai Nam vyetnamlı mütəxəssislərin hazırlanmasında fəal rol oynamış Bakı Dövlət Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə Vyetnam Sosialist Respublikasının Prezidenti tərəfindən təltif edilən Vyetnamın “Dostluq” ordenini təqdim etdi. Tədbirdə, həmçinin Nghiem Vu Khai və “Vietsovpetro” şirkətinin direktoru Do Man Hung, sabiq vitse-prezident Nguyen Ti Doan çıxış edərək ölkələrimiz arasında tarixi bağların, xüsusən təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini, bu əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğuladılar.

Səfər çərçivəsində nümayəndə heyətinin Vyetnam Sosialist Respublikasının sabiq Prezidenti Çıonq Tan Şanq ilə görüşünü də xatırladan F.Qurbanov bildirib ki, söhbət zamanı ölkə rəsmilərinin qarşılıqlı səfərlərinin tarixi əlaqələrinmizin möhkəmlənməsinə və inkişafına xidmət etdiyi vurğulanıb.

F.Qurbanov nümayəndə heyətinin Xo Şi Min Vyetnam Milli Universitetində olmasından, universitetin maddi texniki bazası, tədris şəraiti ilə tanışlığından danışıb. Diqqətə çatdırılıb ki, universitetdə akademik A.Məhərrəmovun və professor M.Babanlının da iştirak etdikləri görüşdə Azərbaycanın və Vyetnamın ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Bildirilib ki, Azərbaycan ali təhsil müəssisələri Vyetnam üçün yüksəkixtisaslı kadrların yetişdirilməsində dəstək verməyə daim hazırdır. Vyetnam Milli Universitetinin prezidenti Huyn Tan Dat və Texnologiya Universitetinin rektoru Vu Din Tan rəhbərlik etdikləri ali təhsil müəssisələri haqqında məlumat veriblər. Görüşdə universitetlərimiz arasında birbaşa əlaqələrin yaradılmasının vacibliyi vurğulanıb. Həmçinin Bakı Dövlət Universiteti ilə Vyetnam Milli Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Ulduz” jurnalının bu il üçün ilk sayı çapdan çıxıb

Bayram günlərində şəkərli diabet xəstələrində pəhriz rejiminin pozulması diabetik komalara belə gətirib çıxara bilər

Bakıda keçiriləcək güləş üzrə lisenziya turniri üçün son hazırlıq prosesi başlayıb

“Təhlükəsiz məktəb” sosial layihəsi çərçivəsində fövqəladə hllarla bağlı davranış qaydaları barədə məlumat verilib

Tətildən sonra ilk dərs gününün tarixi açıqlanıb

Bayram günlərində bölgələrdə hava necə olacaq?

Təhsil müəssisələrində bayram şənlikləri keçirilib

Qazaxın sərhəd kəndinin sakinləri İlaxır çərşənbəni necə qarşılayırlar? REPORTAJ

ATMU-da bayram festivalı: “Yurdumuza bahar gəlir”

700 mindən çox pensiya, müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb

AQTA “Ana südü əvəzedilməzdir” adlı layihəyə start verir

AzMİU-nun müəllim və tələbələri Belçikada pilot tədris həftəsində iştirak ediblər

Qar uçqunu Türkiyənin şərqində 158 yaşayış məntəqəsi ilə əlaqəni iflic edib

Dövlət Su Ehtiyatları Agentliyi gücləndirilmiş iş rejimində çalışacaq

® Balaxanı Əməliyyat Şirkətinin rəhbər və işçi heyəti İlaxır çərşənbəsini qeyd edirlər

FHN-in nümayəndə heyəti Türkiyədə səfərdə olub

Britaniyanın rəsmi sikkəsində “Ulduz müharibələri” filmindən “Minilliyin şahini” təsviri yer alıb

Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ideal məkana çevirir – RƏY

BDU-nun şəhid məzunu Namiq Cavadovun ailəsi ziyarət olunub

BMU-da əcnəbi tələbələr üçün “Multikultural Novruz bayramı” adlı tədbir keçirilib

Almaniyalı futbolçu mövsümün sonunda karyerasını bitirmək istəyir

BDU “Erasmus+ DIRNA” layihəsinin növbəti təlimində təmsil olunub

Ağalı sakinləri İlaxır çərşənbəni qeyd ediblər FOTO VİDEO

Akademik: Ekoloji terrora məruz qalmış Azərbaycan torpaqlarının və meşə resurslarının bərpası dövrümüzün ən böyük çağırışıdır

® “Coca-Cola” gəncləri Novruz bayramı münasibətilə təbrik etdi

® Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul olub

Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir

Çiçəkçilik sevdası: Hobbi necə biznesə çevrildi? – MÜSAHİBƏ

Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir FOTO

Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

® “Xonça” məhsullarının qida təhlükəsizliyi tələblərinə uyğunluğu təsdiqlənib

Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Şəki teatrı Novruz bayramı günlərində uşaqları yeni tamaşa ilə sevindirir

Keniyada yol qəzası nəticəsində azı 11 tələbə həlak olub

Türkiyənin zəlzələ bölgəsində inşası tamamlanan mənzillər sahiblərinə təqdim ediləcək

Pedaqoji Universitetdə Çanaqqala zəfərinin ildönümü qeyd olunub

Bakı Mühəndislik Universitetində Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq imkanları müzakirə edilib

Yaponiya Mərkəzi Bankı 17 ildən sonra mənfi faiz siyasətini dayandırır

"Qədim Şabran" abidəsində Novruz şənliyi VİDEO

“Qəbələ” İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb

Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq

Mingəçevir Dövlət Universitetində Novruz şənliyi keçirilib

NATO-nun Baş katibinin regiona səfərinin Azərbaycandan başlaması ölkəmizin Alyans üçün önəmini nümayiş etdirir - ŞƏRH

“Azərişıq” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Yüksək Texnologiyalar Parkının istismar proqramı - seminar

Taksi sürücülərinə ödəniş müqabilində şəhadətnamələrin verilməsinə aydınlıq gətirilib

UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub

İki audiovizual media subyektinə müvafiq lisenziyalar verilib

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb VİDEO

Malmödə ABBA-nın “Eurovision”da qələbəsinin 50 illiyinə həsr olunmuş sərgi açılacaq

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində qaçaqmalçılıqla məşğul olan Lənkəran sakini saxlanılıb

Naxçıvanda ağır yol qəzasında 3 nəfər ölüb

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır - RƏY

Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar

® “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

“İnter”in futbolçusu irqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb