SİYASƏT


Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib

Zaqreb, 20 mart, AZƏRTAC

Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov bu ölkənin Baş nazirinin müavini və müdafiə naziri Damir Krstiçeviç ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Xorvatiya ilə Azərbaycan arasında dostluq əlaqələrindən, tərəfdaşlıq münasibətlərinin inkişafından danışılıb.

Qeyd olunub ki, müdafiə sahəsində əməkdaşlıq intensivlik baxımından o qədər də nəzərəçarpacaq olmasa da, əsasən hərbi-texniki əməkdaşlıq sahəsində əməkdaşlığı gücləndirmək üçün qarşılıqlı maraq mövcuddur.

Nazir D.Krstiçeviç aprelin 10-12-də Xorvatiyanın Split şəhərində keçiriləcək Silah və Silahlar üzrə Adriatik Ordu Sərgisinə (ASDA 2019) Azərbaycan tərəfini də dəvət edib.

Tərəflər Cənubi-Şərqi Avropada və Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətinə dair fikir mübadiləsi aparıblar.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Zaqreb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.