CƏMİYYƏT


Azərbaycan və alman mütəxəssislər radiologiya və neyroradiologiyanın müasir məsələlərini müzakirə ediblər

Bakı, 6 noyabr, AZƏRTAC 

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında I Azərbaycan-Alman Radioloji və Neyroradioloji simpoziumu keçirilib.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, açılış mərasimində çıxış edən klinikanın direktoru, professor Surxay Hadıyev tədbir iştirakçılarına uğurlar diləyib.

Professor deyib: “Azərbaycanın səhiyyə sahəsi daim ölkə başçısının diqqət və qayğısı ilə əhatələnir. Bunun nəticəsində respublikamızda tibb sahəsi uğurla inkişaf edir, müsbət addımlar atılır. Öz sahəsində tanınan və sözünü demiş mütəxəssislərin bir araya gəldiyi bu simpoziumun da səhiyyəmizin inkişafında əhəmiyyətli rol oynayacağına əminəm”.

Sonra ATU-nun neyrocərrahiyyə kafedrasının müdiri, professor Sabir Etibarlı iştirakçılara simpoziumun gündəliyində olan məsələlər haqqında məlumat verib.

Tədbirdə “Endovaskulyar anevrizmalarda müalicə növləri”, “Stroke xəstələrdə endovaskulyar terapiya”, “Neyroradioloji diaqnostika metodları və əhatəli Stroke diaqnostikası”, “Alman Stroke Mərkəzi modeli və təşkili” və bir sıra digər mövzularda mühazirələr dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.