SİYASƏT


Azərbaycan və türk diasporlarının üzvləri Hyuston Beynəlxalq Məsələlər Şurası üzvlərinin erməni işğalı altında olan Azərbaycan ərazilərinə planlaşdırılan səfərinə etirazını bildirmişlər

Bakı, 2 dekabr (AZƏRTAC). Vaşinqtondakı Azərbaycan və türk diasporlarının nümayəndələri Hyuston Beynəlxalq Məsələlər Şurası üzvlərinin işğal olunmuş Azərbaycan ərazilərinə planlaşdırılan icazəsiz səfərinə etirazını bildirmişlər.

Türk-Amerika Assosiasiyaları Assembleyasından AZƏRTAC-a bildirmişlər ki, Hyuston Beynəlxalq Məsələlər Şurasının saytında 2012-ci ilin iyununda Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə səfərin planlaşdırılması barədə məlumat yerləşdirilmişdir.

Buna cavab olaraq Azərbaycan və türk diasporlarının üzvləri Hyuston Beynəlxalq Məsələlər Şurasının rəhbərliyinə və yerli media qurumlarına məktub göndərmişlər.

Məktubda qeyd olunur ki, Dövlət Departamenti ABŞ vətəndaşlarına Dağlıq Qarabağ və onun ətrafındakı digər işğal olunmuş bölgələrə, həmçinin Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yerləşən ərazilərə səfərləri qadağan etmişdir.

Etiraz məktubunda deyilir: “Azərbaycan rəhbərliyinin icazəsi olmadan bu cür səfərləri təşkil etmək Azərbaycanın suverenliyinə, bütövlüyünə və xalqına qarşı hörmətsizlikdir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.