ELM VƏ TƏHSİL
“Azərbaycan və türk dünyası” tədqiqatları və 9-cu “Mobillik qrantı” müsabiqələrinə layihə qəbulu dayandırılıb
Bakı, 17 yanvar, AZƏRTAC
“Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun fəaliyyəti özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilməlidir.
Bu proseslə əlaqədar olaraq, Elmin İnkişafı Fondu “Azərbaycan və Türk Dünyası” tədqiqatları üzrə qrant müsabiqəsinə və 9-cu “Mobillik qrantı” müsabiqəsinə layihələrin qəbulunu dayandırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat fondun saytında yer alıb. TÜBİTAK-la birgə keçirilən 1-ci Azərbaycan-Türkiyə (“AzTürk-1”) beynəlxalq qrant müsabiqəsinə layihələr isə yalnız sənaye və biznes qurumlarının maliyyə dəstəyi verildiyi halda qəbul olunacaq.
Zəruri hallarda əlavə məlumat veriləcək.