CƏMİYYƏT


Azərbaycan vəkilliyinin 100 illiyinə həsr olunmuş danışıqlar müsabiqəsinin finalı keçirilib

Bakı, 24 aprel, AZƏRTAC 

Bakı şəhəri Yasamal Rayon Məhkəməsində Vəkillər Kollegiyası və ELSA Azərbaycanın silsilə tədbirlər çərçivəsində növbəti birgə layihəsi, 2-ci ELSA danışıqlar müsabiqəsi keçirilib.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, Azərbaycan vəkilliyinin 100 illiyinə həsr olunmuş müsabiqədə müxtəlif universitetlərdən ümumilikdə 16 komanda iştirak edib. Onlardan 4-ü yarımfinal mərhələsinə keçib.

İki günlük müsabiqənin sonunda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və Bakı Dövlət Universitetinin tələbələri üz-üzə gəlib. Qaliblər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri Rahil Məmmədov və Sara Həsənli olub.

ELSA danışıqlar müsabiqəsi iki tərəf arasında danışıqlar prosesinin simulyasiyasıdır. Bu məqsədlə, müştərini və ya partiyanı təmsil edən iki hüquq tələbəsi və ya gənc hüquqşünasdan ibarət iki komanda hüquqi mübahisəni müzakirə edir və bu simulyasiya hüquqşünas hakim və ya hakimlər tərəfindən müşahidə edilərək sonda qiymətləndirilir.

Sonda yarış iştirakçıları mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.