İDMAN


Azərbaycan velosipedçiləri Avropa çempionatında iştirak etməyəcəklər

Bakı, 12 avqust, AZƏRTAC

Azərbaycanın şose velosipedi üzrə U-23 və gənclər yığma komandaları Avropa çempionatında iştirak etməyəcək.

AZƏRTAC Azərbaycan Velosiped İdmanı Federasiyasına istinadla xəbər verir ki, komandalarımızın avqustun 24-28-də Fransada keçiriləcək qitə birinciliyində iştirak etməməsinin səbəbi yerli hökumətin ölkəyə daxil olan şəxslərin yarışdan əvvəl 14 günlük karantin müddətində qalması tələbidir.

Qeyd edək ki, U-23 və gənclər yığmalarımızın üzvlərinin Tovuzda təlim-məşq toplanışı başlayıb. Avqustun sonunadək hazırlıq keçəcək idmançılarımızın sentyabrda Türkiyədə bir neçə beynəlxalq turnirdə, həmçinin İsveçrədə təşkil olunacaq dünya çempionatında iştirakı planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.