İDMAN


Azərbaycan velosipedçisi Elçin Əsədov Ukraynada uğura imza atıb

Bakı, 28 iyul, AZƏRTAC

Azərbaycan velosipedçisi Elçin Əsədov Ukraynada birinci olub.

AZƏRTAC xəbər verir ki, şose üzrə elit milli komandamızın və “Bahrain Cycling Academy” kontinental klubunun üzvü, ölkəmizi gələn il Tokio Yay Olimpiya Oyunlarının qrup ötüşməsi yarışlarında təmsil edəcək E.Əsədov Ukraynanın Odessa şəhərinin açıq çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Velosipedçimiz həm 15 kilometrlik fərdi ötüşmədə, həm də 90 kilometrdən ibarət qrup ötüşməsində birinci yeri tutmaqla 2 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.