Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə minnətdarlıq edirlər

Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə minnətdarlıq edirlər

Bakı, 15 aprel, AZƏRTAC

Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Ağcabədi rayonunun sakini Natiq Əlişov yazır: “Möhtərəm cənab Prezident, dünyanı bürümüş yeni koronovirus pandemiyasının respublikamızda yayılmasının qarşısının alınması istiqamətində gördüyünüz bütün tədbirlər bir daha sübut etdi ki, hər zaman olduğu kimi Azərbaycan Prezidenti öz xalqının yanındadır. Əminik ki, bu birlik bizə belə ağır sınaqdan qələbə ilə çıxmağa imkan verəcək. Rəhbərliyinizlə vaxtında görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində hazırda respublikamızda koronovirus pandemiyasına qarşı səmərəli mübarizə aparılır. Koronavirusa qarşı mübarizə tədbirləri ilə bağlı imzaladığınız sərəncamlar, açılan yeni xəstəxanalar, yeni müəssisələr göstərir ki, Azərbaycan bu çətin sınaqdan alnıaçıq çıxacaq. Dövlətimiz bu gün də öz vətəndaşının sağlamlığını qorumaq və pandemiyanın yayılmasının qarşısını almaq üçün səylərini davam etdirir. Xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına əminliklə inanırıq. Xalqımıza göstərdiyiniz dəstəyə və qayğıya görə Sizə və Mehriban xanıma bütün qarabağlılar adından təşəkkürümü bildirir, Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirəm. Uca Allah Sizi və Azərbaycan xalqını qorusun”.

Beyləqan rayonunun sakini, 2-ci qrup Qarabağ müharibəsi əlili, ehtiyatda olan leytenant İlham Əliyev yazır: Möhtərəm Prezident, cənab Ali Baş Komandan, Sizin ölkəmizi COVID-19 virusundan qorumaq üçün atdığınız hər addımınızı alqışlayırıq. Siz bizi bizdən də çox düşünürsünüz. Ona görə də Sizə ailəmiz adından təşəkkür edirəm. Bu çətin günlərdə də xalqımıza arxa-dayaq oldunuz, təhlükəsizliyimiz üçün əlinizdən gələni əsirgəmədiniz. Biz Sizinlə fəxr edirik. Yaxşı ki, dövlətimizin başındasınız. Ulu Tanrı Sizi və ailənizi qorusun!”.

Tərtər rayonunun Səhləbad kəndinin sakini Zahid İbrahimov dövlətimizin başçısının hər zaman xalqımıza diqqət və qayğı ilə yanaşdığını vurğulayaraq yazır: “Hörmətli cənab Prezident, Siz Prezident seçildiyiniz gündən həmişə xalqın yanında olmusunuz, əhalinin qayğıları ilə yaşamışınız. “El gözü tərəzidir”, - deyiblər atalar. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün hazırlanan sosial paketlərdə bütün təbəqədən olan insanların – işsizlərdən tutmuş sahibkarlara qədər hər kəsin dövlətdən ayrılan payı var. Bunun üçün də Sizə minnətdarıq. Siz Azərbaycan kimi böyük bir ailəyə başçılıq edir, bu ailənin heç bir üzvünü unutmursunuz. Bütün dünyanın COVID-19 pandemiyası ilə üz-üzə qaldığı bir vaxtda yenə də xalqımızın dolanışığını unutmadınız, dövlət öz yardım əlini xalqdan əsirgəmədi, maddi köməklə bərabər bizə mənəvi cəhətdən də dəstək oldu, “evdə qal, sağlam qal” dedi. Gələcəyimiz naminə hər kəs bu çağırışa qoşulub karantin rejiminə ciddi əməl etməlidir ki, çətin günləri arxada qoyaq, yenidən doğma Vətənimizin inkişafı naminə, möhtərəm Prezidentimiz, Sizə - qəlbi daim xalqı ilə döyünən rəhbərə dəstək olaq. Mən fəxr edirəm, qürur hissi keçirirəm ki, Sizin kimi Prezidentimiz var. Tanrı Sizi qorusun!”.

Tərtər rayonunun Bəyimsarov kəndinin sakini, 1-ci dərəcəli “Əmək” ordenli fermer Fazil Vəliyev yazır: “Möhtərəm cənab Prezident, bu çətin günlərdə - ölüm kabusunun insanların aldığı hər nəfəsdə dolaşarkən xalqla birlikdə olduğunuza, COVID-19 pandemiyasının ölkəmizdə qarşısının alınması üçün qabaqlayıcı tədbirlər gördüyünüzə görə Sizə minnətdarıq. İnanırıq ki, dünya tezliklə bu bəladan xilas olacaq, həyatımız əvvəlki axarına düşəcək.

Çox hörmətli Prezidentimiz, biz fermerlər Sizin yürütdüyünüz siyasəti dəstəkləyirik, ətrafınızda sıx birləşmişik. Çünki Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”. Tanrı Sizi qorusun!”.

Bakı şəhəri Yasamal rayonunun sakini Veysəl Vəliyev ölkəmizdə koronavirusun geniş yayılmaması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayaraq yazır: “Çox hörmətli, qayğıkeş Prezidentimiz, hazırda dünya dəhşətli bir bəla ilə üz-üzədir. Azərbaycan bu qlobal problemdən az itki ilə çıxmaq üçün ciddi addımlar atır. Bütün bunlar Sizin həyata keçirdiyiniz səmərəli tədbirlərin nəticəsidir.

Mən O.Kutafin adına Moskva Dövlət Hüquq Universitetində magistr təhsili alıram və Sizin göstərişinizlə martın 27-də xüsusi reyslə Rusiyadan ölkəmizə gətirilən tələbələrdən biriyəm. Bizi Heydər Əliyev Beynəlxalq Aeroportundan birbaşa Atletlər Kəndinə apardılar. Əvvəlcədən burada hər cür şərait yaradılmışdı. Ölkəmizin malik olduğu bu imkanlar məni qürurlandırdı. Çünki böyük dövlətlərin koronavirusa qarşı mübarizədə necə aciz qaldıqlarını hamı görür. Ancaq xaricdən gələn tələbələrimizə burada göstərilən diqqət və qayğı mükəmməl idi. Səliqə-sahman, vaxtında düzgün qidalanma, müayinə, həkimlərin xüsusi diqqəti məni çox sevindirdi. Karantində 14 gün qaldıqdan sonra evimizə göndərildik. Artıq ailəmə qovuşmuşam.

Cənab Prezident, karantin müddətində mənə göstərilən diqqət və qayğıya görə həm öz adımdan, həm də valideynlərimin adından Sizə dərin minnətdarlığımı bildirirəm. Nə yaxşı ki, Azərbaycanımızın Sizin kimi lideri var. Siz hər zaman Azərbaycanı böyük bəlalardan qoruyursunuz. Ona görə də mən bir Azərbaycan gənci olaraq Sizinlə fəxr edirəm. Bir hüquqşünas kimi söz verirəm ki, yürütdüyünüz müstəqil siyasətinizin hər zaman dəstəkçisi olacağam. Tanrı Sizi qorusun!”.

Tərtər rayonunun İsmayılbəyli kəndinin sakini Eldar Əsədov yazır: “Əziz Prezidentimiz, biz tərtərlilər həmişə Sizi dəstəkləyirik. Çünki Siz ən ağır günlərdə bizimlə olub, xalqa həmişə dəstək göstərmisiniz. COVID-19-un dünyanı ağuşuna aldığı bir vaxtda Siz yenə də bizimləsiniz. İnsanların sağlamlığını qorumaq üçün ölkəmizdə xüsusi karantin rejimi tətbiq olunub. Biz yaxşı başa düşürük ki, sağlam qalmaq üçün özümüzü müvəqqəti olaraq təcrid etməliyik. Evdə qalmalıyıq ki, normal həyatımıza sağlam dönək.

Bu çətin dönəmdə əhalinin müxtəlif təbəqələrindən olan insanlara göstərdiyiniz dəstəyə görə Sizə minnətdarıq. Fəxr edirik ki, Sizin kimi Prezidentimiz var”.

Ucar rayonunun sakini Niyaz Xəlilov qabaqlayıcı tədbirlər nəticəsində xalqımızın bu bəladan xilas olacağına əminliyini bildirərək yazır: “Möhtərəm cənab Prezident, dünyanı cənginə almış pandemiya ilə mübarizədə tibbin ən inkişaf etdiyi ölkələrin aciz qaldığı, bəzi dövlətlərin bu virusa biganə yanaşdığından çətin vəziyyətə düşdüyü halda, Sizin uzaqgörən siyasətiniz nəticəsində Azərbaycanımızda bütün qabaqlayıcı tədbirlər görüldü. Siz Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması istiqamətində qətiyyətli addımlar atır, qərarlar qəbul edirsiniz. İnanırıq ki, bəşəriyyət, xalqımız tezliklə bu bəladan xilas olacaq.

Cənab Prezident, Azərbaycan vətəndaşı olmağımızla, Sizin kimi Prezidentimizlə qürur duyuruq. Allah Sizi qorusun!”.

Daşkəsən rayon sakinləri Abbas Tağıyev, Saleh Qurbanov, Oktay Cəfərovİdris Bağırov da koronavirusun ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində görülən işlərin təqdirəlayiq olduğunu qeyd edirlər. Onlar yazırlar: “Hörmətli cənab Prezident, koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində Sizin rəhbərliyinizlə görülən işlər təqdirəlayiqdir. Qəbul edilən qərarlara uyğun olaraq rayonumuzda da xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar-epidemioloji normalara şərtsiz əməl olunması üçün zəruri tədbirlərin görülməsi davam etdirilir. Küçə və prospektlərdə, ayrı-ayrı ərazilərdə, yaşayış binalarında və inzibati binalarda dezinfeksiya işləri aparılır. Aztəminatlı ailələrə maddi yardım göstərilir, əhalinin sağlamlığının qorunması üçün mühüm tədbirlər görülür.

Cənab Prezident, qabaqlayıcı tədbirlərin vaxtında keçirilməsi üçün verdiyiniz qətiyyətli tapşırıqlar öz səmərəsini verir. Azərbaycan bu bəladan da üzüağ çıxacaq.

Rayonumuzun bütün sakinləri adından görülən işlərə görə minnətdarlığımızı bildirərək gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq”.

Laçın rayonunun Köhnəkənd kənd sakini, hazırda Abşeron rayonunda yaşayan Yavər Səlimov Köhnəkənd kəndinin sakinləri adından dövlətimizin başçısına minnətdarlıq edərək yazır: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, bütün ölkələri lərzəyə salan koronavirus pandemiyasının qarşısının alınması istiqamətində verdiyiniz göstərişlər nəticəsində ölkəmizdə bu virusa qarşı mübarizə çox yüksək səviyyədə təşkil olunmuş, qısa zaman kəsiyində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmış, hər şeyə rəğmən əhalinin sağlamlığının qorunması ön plana çəkilmişdir. Həmişə olduğu kimi, bu dəfə də Sizin uzaqgörənliyiniz sayəsində təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, bu pandemiyadan daha az itki ilə çıxmaq üçün əməli işlər görülmüşdür. Məhz bunun nəticəsi olaraq ölkəmiz ölüm və koronavirusa yoluxanların sayına görə dünya dövlətləri arasında sonuncu yerləri bölüşür.

Möhtərəm Prezident, işləməyən, yaşı 65-dən yuxarı, tənha və aztəminatlı ailələrə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Apardığınız həm xarici, həm daxili, həm də sosial-iqtisadi siyasət əməksevər və qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndirilmiş və bundan sonra da qiymətləndiriləcək”.

Gəncə şəhər sakinləri Rəşad Əliyev, Nurlana Bəşirova, Akif SalmanovTelman Quliyev görülən işlərin vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılandığını bildirərək yazırlar: “Çox hörmətli cənab Prezident, koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində atdığınız addımlar və verdiyiniz sərəncamlar vətəndaşlar tərəfindən böyük rəğbətlə və alqışla qarşılanır. Bu işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Biz Sizə və dövlətimizə hər zaman güvənmişik. Pandemiya dövründə də belə oldu. Çox sağ olun ki, Sizə bəslənən ümidləri və güvəni hər zaman doğruldur, xalqımıza ruh yüksəkliyi bəxş edirsiniz. Ulu Tanrı hər zaman dayağınız olsun, cənab Prezident!”.

Biləsuvar rayonunun sakini Məhərrəməli Kazımlı yazır: Hörmətli Prezidentimiz, Sizin uzun illərdir ölkəmizin səhiyyə sahəsində həyata keçirdiyiniz əsaslı islahatlar öz bəhrəsini verməkdədir. Yeni səhiyyə ocaqlarının istifadəyə verilməsi, ölkəmizdə yüksək səviyyəli tibbi heyətin formalaşmasına hesablanmış dövlət siyasəti imkan verəcək ki, koronavirus infeksiyasının daha az zərərlə aradan qaldırılmasına nail olaq. Bu çətin günlərdə modul tipli tibb müəssisələrinin yaradılması, tibbi maska istehsalı müəssisəsinin istifadəyə verilməsi Sizin çevik fəaliyyətinizin bariz nümunələridir. Biz - Biləsuvar veteranları Sizin bu fəaliyyətinizi alqışlayırıq. Cənab Prezident, qeyd etmək istəyirik ki, bütün bu tədbirlərin həyata keçirilməsində Sizinləyik. Biz birlikdə güclüyük!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Maqtımqulu Fraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar YENİLƏNƏCƏK

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

"Neftçi"nin legioneri: “Qarabağ”a məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirik

Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir

İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub

“Qarabağ” və “Zirə” Azərbaycan Kubokunda ikinci dəfə finalda qarşılaşacaq

Vətəndaşlara Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək

Magistraturaya qəbul imtahanının II cəhdində 19 min 716 nəfər iştirak edəcək

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”nin göstəricisini təkrarlayıb

Azərbaycanın 7 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir VİDEO

Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb

Aprelin 24-də 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Dünya birjalarında neft bahalaşıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silah və sursatlar aşkarlanaraq götürülüb

Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub

Azərbaycan Kubokunun yarımfinalında məhsuldarlıq rekordu yenilənib

DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar

DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb

“Toyota” ötən maliyyə ilində avtomobil istehsalında rekord vurub

Azərbaycan nefti bahalaşıb

Azərbaycan-Rusiya münasibətləri yeni hədəflərimizə çatmağa töhfə verəcək – ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır

Dövlət Departamenti: ABŞ hərbçilərinin Nigerdən çıxarılması ilə bağlı müzakirələr başlayır

Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib VIDEO

“Gəncə və gəncəlilər” layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq

Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır

Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb

Yaşıl zonalardakı həyat həyəcan və depressiya riskini azaldır

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb

Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib

Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər

“İrs” jurnalının xorvat dilində ilk buraxılışının təqdimatı olub

Türkiyə Kuboku: “Trabzonspor” cavab matçına sərfəli nəticə ilə yollanacaq

İtaliya Kubokunda ikinci finalçının adı məlum olub

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb

“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB VİDEO

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır