CƏMİYYƏT


Azərbaycan vətəndaşlığı almaq istəyən ermənilərin Ermənistanda təqib olunması ilə bağlı beynəlxalq hüquq müdafiə təşkilatlarına müraciət ünvanlanıb

Bakı, 15 avqust, AZƏRTAC

Azərbaycanda fəaliyyət göstərən insan hüquqları müdafiəsi ilə məşğul olan QHT-lər Azərbaycan Respublikasının vətəndaşlığını almaq üçün müraciət edən və Ermənistan Baş Prokurorluğu tərəfindən təqibə məruz qalan şəxslərlə bağlı beynəlxalq hüquq müdafiə təşkilatlarına müraciət ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, 25 QHT sədrinin imzaladığı müraciətdə deyilir:

“Biz Azərbaycanda fəaliyyət göstərən insan hüquqları müdafiəsi ilə məşğul olan QHT-lər böyük narahatçılıq hissi ilə bildiririk ki, Azərbaycan vətəndaşlığı almaq üçün Prezident İlham Əliyevə müraciət etdiklərinə görə İşxan Verdiyan və Vahe Qəmbəryana qarşı Ermənistan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işi açılıb. Əfsuslar olsun ki, Ermənistan rəhbərliyi Azərbaycan vətəndaşı kimi qanuni əsaslarla Xankəndidə, eləcə də qonşu şəhər və kəndlərdə yaşamaq istəyən Ermənistan vətəndaşlarını belə addımlarla qorxutmaq niyyəti güdür. Eyni zamanda, rəsmi İrəvan Qarabağda yaşayan əhali arasında Azərbaycanla və azərbaycanlılarla sülh şəraitində yaşamağın zəruriliyini bəyan edən vətəndaşları “təxribatçı fəaliyyətlər” zəminində günahlandırırlar.

Azərbaycanın sülh və barış cəhdlərini belə faktlarla əngəlləməyə çalışan Ermənistan rəhbərliyi sözügedən şəxslərə qarşı qanunsuz hərəkətləri ilə BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında paktda və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının və digər əlaqədar beynəlxalq hüquq normalarını kobud şəkildə pozur. Belə ki, beynəlxalq insan hüquqları normalarına əsasən, hər bir kəs azadlıq və toxunulmazlıq hüququna, hər hansı bir milli, irqi, dini, etnik və sosial mənşəyinə görə diskriminasiyaya məruz qalmamaq hüququna, hansısa dövlətin ərazisində olan hər bir kəs bu ərazinin hüdudları daxilində sərbəst hərəkət etmək və yaşayış yerini sərbəst seçmək hüququna malikdir. Heç kim öz ölkəsinə gəlmək hüququndan özbaşınalıqla məhrum edilə bilməz və buna görə təqib edilə bilməz. Eyni zamanda, bu konvensiyalara əsasən, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz fikrində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat yaymaq azadlığı daxildir.

Yuxarıda göstərilən faktları nəzərə alaraq Azərbaycanda fəaliyyət göstərən insan hüquqları müdafiəsi ilə məşğul olan QHT-lər adından Sizə müraciət edir, Azərbaycanın regionda sülh və barış cəhdlərini əngəlləməyə çalışan Ermənistan rəhbərliyinə qarşı müvafiq tədbirlər görməyi tələb edirik”.

İmzaladılar:

1. Novella Cəfərova – “Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnu Müdafiə Cəmiyyəti” İctimai Birliyinin sədri;

2. Səadət Bənənyarlı – “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyinin sədri;

3. Səidə Qocamanlı – “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyinin sədri;

4. Əliməmməd Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti;

5. Sahib Məmmədov - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri;

6. İlqar Hüseynli - “Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar” İctimai Birliyinin sədri;

7. Azər Allahverənov - “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri;

8. Zaur İbrahimov – “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri;

9. Günel Səfərova – “Vətəndaş Tədqiqat və İnkişaf” İctimai Birliyinin sədri;

10. Vüsalə Hüseynli - "İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri;

11. Əhməd Abbasbəyli – “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri;

12. Rauf Zeyni - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti;

13. Nüşabə Məmmədova – “Beynəlxalq Dialoq və İnkişaf Alyansı” İctimai Birliyinin sədri;

14. Səməd Vəkilov – “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri;

15. Şahin Camalov - “İnsan Hüquqları XXI əsr-Azərbaycan” fondunun prezidenti;

16. Mirəli Hüseynov – “Demokratiyanı Öyrənmə” İctimai Birliyinin sədri;

17. Rəsul Cəfərov – “Bakı İnsan Hüquqları Klubu” İctimai Birliyinin sədri;

18. Hafiz Həsənov – “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri;

19. Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti;

20. Rəfail Becanov – “İnsan Hüquqları və Maarifçilik” İctimai Birliyinin sədri;

21. Ramil İsgəndərli – “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri;

22. Rey Kərimoğlu – “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri;

23. Xalid Kazımov – “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin sədri;

24. Cəsarət Hüseynzadə - “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri;

25. Elçin Salmanov - “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyinin sədri”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.