İDMAN


Azərbaycan voleybolçusu Braziliya klubu ilə müqavilə imzalayıb

Bakı, 8 may, AZƏRTAC

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimova karyerasını Braziliyada davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, voleybolçumuz “Sesi Voley Bauru” klubu ilə birillik müqavilə imzalayıb.

“Sesi Voley Bauru” komandası cari mövsümdə Braziliya çempionatının yarımfinal mərhələsinədək irəliləyib.

P.Rəhimovanın sonuncu klubu Türkiyənin “Turkish Airlines” komandası olub və klub ölkə çempionatını altıncı pillədə başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.