İDMAN


Azərbaycan voleybolçusu Fransa çempionatının bürünc medalını qazanıb

Bakı, 8 may, AZƏRTAC

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Alena Həsənova Fransa çempionatının bürünc medalını qazanıb.

AZƏRTAC xəbər verir ki, voleybolçumuzun çıxış etdiyi “Le Kannet” komandası yarımfinal seriyasında üçüncü oyunda “Kann” komandasına 0:3 hesabı ilə məğlub olub. Üç oyununun nəticəsinə görə, “Kann” komandası 2:1 hesabı ilə qalib gələrək finala yüksəlib. “Le Kannet” isə çempionatın bürünc medalını qazanıb.

Sonuncu oyunda voleybolçumuz 7 xal toplayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.