MƏDƏNİYYƏT


“Azərbaycan xalçası sivilizasiyaların kəsişməsində” kitabı ispan dilində nəşr edilib

Bakı, 9 aprel, AZƏRTAC

Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) və ölkəmizin Argentinadakı səfirliyinin dəstəyi ilə tanınmış professor, sənətşünaslıq elmləri doktoru Röya Tağıyevanın “Azərbaycan xalçası sivilizasiyaların kəsişməsində” kitabı ispan dilində nəşr edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kitab Azərbaycan Xalq Cümhuriyyətinin yüzillik yubileyinə həsr olunub. Kitabda ölkəmizdə qədim tarixə malik olan xalçaçılıq sənəti barədə ətraflı məlumatlar, xalçaların hazırlanma üsulları, xalçaların bölgələr üzrə fərqlənən növləri, xalçalarda istifadə olunmuş təsvirlərin və naxışların mənaları, ölkəmizə məxsus çoxsaylı xalça fotoşəkilləri öz əksini tapıb.

Kitab Azərbaycanda akkreditə olunmuş ispandilli ölkələrin səfirliklərinə təqdim edilib. Həmçinin yaxın zamanlarda kitabın Argentinada təqdimatının keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.