MƏDƏNİYYƏT


“Azərbaycan xalq mahnıları” festivalı çərçivəsində növbəti konsert keçirilib

Bakı, 11 oktyabr, Xaruqə Məmmədova, AZƏRTAC

Oktyabrın 11-də Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan xalq mahnıları” festivalı çərçivəsində növbəti konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, layihə Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə reallaşıb.

Festivalda tarzən, Xalq artisti Ramiz Quliyev, pianoçu Nizami Əliyev, pianoçu Leyla Əliyeva və qarmonda Seymur Həsənov xalq mahnılarını yeni aranjemanda səsləndiriblər.

Konsert tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Xatırladaq ki, oktyabrın 8-dən başlanan festival ayın 12-də yekunlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.