MƏDƏNİYYƏT


“Azərbaycan xalq mahnıları” festivalının növbəti konserti maraqla qarşılanıb

Bakı, 11 oktyabr, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzində “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə “Azərbaycan xalq mahnıları” adlı festivalı çərçivəsində növbəti konsert təqdim edilib.

AZƏRTAC xəbər verir ki, gecədə Əməkdar artist Nuriyyə Əhmədova, Əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva, Səbinə Ərəbli, Abgül Mirzəliyev, Almaxanım Əhmədli, Rəvanə Əmiraslanlı, solistlər Ülviyyə Sədaqət, Aşur Adıgözəlov, Sərxan Bünyadzadə, Könül Məmmədova, Məftun Məmmədov, Nisbət Sədrayev, Səma Sultanova, Elgiz Əliyev, Sədaqət Ulduz, Ariz Hüseynov, Malik Həsənov, Zümrüd Məmmədova və Aqil Rzayev çıxış ediblər.

Konsertdə ifaçıları Xalq artisti Adil Bağırovun bədii rəhbərliyi ilə Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı və Əməkdar artist Nuriyyə Əhmədovanın bədii rəhbərliyi ilə "Dədə Qorqud” folklor ansamblı müşayiət edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.