ELM VƏ TƏHSİL


Azərbaycan xalqı 20 Yanvarda bütün dünyaya Vətən sevgisinin hər şeydən yüksək olduğunu göstərdi

Bakı, 19 yanvar, AZƏRTAC

Yasamal rayonu Faiq Rzayev adına 150 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a məktəbdən məlumat verilib. Bildirilib ki, məktəbin direktoru Sevda Əliyeva 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı çıxış edib, faciə ilə bağlı ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan xalqı 1990-cı il yanvarın 20-də bütün dünyaya Vətən sevgisinin hər şeydən yüksək olduğunu göstərdi.

“Qanlı Yanvar hadisələri zamanı dinc və əliyalın vətəndaşlarımız şəhid oldu. Amma şəhidlər versək də, müstəqilliyimizi yenidən qazandıq. 20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Xalqımız bir daha sübut etdi ki, istiqlaliyyəti yolunda istənilən sınaqdan üzüağ çıxa bilər, Azərbaycan övladları öz həyatlarını müstəqillik uğrunda qurban verə bilərlər. Həmin hadisələr müasir zamanda müstəqillik mübarizəmizin dönüş nöqtəsi oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz torpaqlarımızı azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Sevindirici haldır ki, bu gün biz şagirdlərimizə “Zəfər tarixi” kursu tədris edirik”, - deyə məktəbin direktoru bildirib.

Sonra məktəbin şagirdləri Röya Bəbirova və Fatimə Axundova 20 Yanvara həsr olunan şeirlər söyləyiblər. Məktəbdə tənəffüs zamanı “Şəhidlər ölməz” mahnısı səsləndirilib. Həmçinin məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgi təşkil edilib, akt zalında şagirdlərin iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.