Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

Azərbaycan xalqı 28 il öncə törədilən qətliamın ağrı-acısını yaşayır

Şamaxı, 26 fevral, AZƏRTAC 

Şamaxıda Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsi anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ərazi icra nümayəndələri və ictimaiyyət nümayəndələri fevralın 26-da soyqırımı abidəsini ziyarət edib, önünə tər qərənfillər düzüblər.

Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov ermənilərin xalqımıza qarşı törətdikləri qətliam və faciələr barədə məlumat verib. Qeyd edib ki, bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan bu qanlı faciədən 28 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalıya ağır hərbi texnika yeridib, yerlə-yeksan etdikləri şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutublar. Həmin hərbi-siyasi təcavüz zamanı 613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olub, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.

Bildirilib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 1994-cü il fevralın 24-də Xocalı soyqırımı haqqında qərar qəbul edib. Həmin qərarla hər il fevralın 26-sı “Xocalı soyqırımı günü” kimi qeyd olunur.

X X X

Qobustanda Xocalı soyqırımının 28-ci ildönümü rayon ictimaiyyətinin çoxsaylı nümayəndələrinin iştirakı ilə anılıb.

Mərasim iştirakçıları öncə Şəhidlər xiyabanına gələrək, Vətən yolunda canlarını qurban verən şəhidlərimizin xatirəsini ehtiramla yad edib, abidənin önünə çiçəklər düzüblər.

Sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirilib. İştirakçılar ümumtəhsil məktəbləri şagirdlərinin ifasında “Xocalı soyqırımı – qan yaddaşımızın fəryadı” adlı ədəbi-bədii kompozisiyaya baxıblar.

İcra hakimiyyətinin başçısı Adil Məmmədov, eləcə də digər çıxış edənlər tarixən Azərbaycan xalqına qarşı törədilən qanlı faciələrdən biri olan Xocalı soyqırımının dəhşətlərini bir daha diqqətə çatdırıb, qətliamın acı nəticələrindən danışıblar. Bildirilib ki, 28 il əvvəl 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər qətlə yetirilib, 8 ailə məhv edilib. Vurğulanıb ki, Xocalı soyqırımı öz qəddarlığı, qeyri-insani cəza üsulları ilə bəşər tarixində görünməmiş bir vəhşilikdir.

X X X

İsmayıllı rayonunda Xocalı faciəsinin 28-ci ildönümü ictimaiyyətin çoxsaylı nümayəndələri tərəfindən anılıb. İldönümünə həsr olunan yürüş keçirilib.

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov erməni faşizmi qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsinin önünə əklil qoyub. Yürüşə qatılanlar erməni qəsbkarları tərəfindən müxtəlif vaxtlarda qətlə yetirilən soydaşlarımızın xatirə memorialı önünə qərənfillər düzüblər. Məktəblilərin iştirakı ilə fləşmob keçirilib.

Tədbirdə çıxış edənlər erməni cəlladlarının xalqımızın başına gətirdiyi müsibətlərdən söz açıblar. Qeyd olunub ki, erməni cəlladları tərəfindən həyata keçirilən bu qanlı hadisə təkcə azərbaycanlılara qarşı deyil, bütün türk dünyasına qarşı törədilən soyqırımıdır. Çıxışlarda Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər və əldə edilən nailiyyətlər xüsusi vurğulanıb.

X X X

Kürdəmirdəki Heydər Əliyev Mərkəzində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri tərəfindən törədilmiş Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilən ümumrayon tədbiri keçirilib.

Tədbirdən əvvəl iştirakçılar Mərkəzdə təşkil edilən “Xocalı soyqırımı uşaqların gözü ilə” adlı sərgi ilə tanış olublar.

Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov xalqımızın son iki əsrdə bir neçə dəfə soyqırımına məruz qaldığını, azərbaycanlıların növbəti belə faciə ilə 28 il əvvəl Xocalıda üzləşdiyini bildirib. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ali hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial şəkildə yanaşılıb, soydaşlarımıza qarşı qəddarcasına törədilən dəhşətli qətliama hüquqi-siyasi qiymət verilib. Hazırda dünyanın hər yerində Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilib, Xocalı soyqırımı kimi tanınıb.

İştirakçılar şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı “Xocalı harayı” ədəbi-bədii kompozisiyasına tamaşa ediblər.

X X X

Xocalı soyqırımının 28-ci ildönümü Zərdab rayonunda kütləvi tədbirlərlə qeyd olunub.

Fevralın 26-da keçirilən anım mərasimində rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə qanlı faciənin səbəbləri və nəticələri barədə danışaraq, 28 il əvvəl fevralın 25-dən 26-na keçən gecə törədilən qətliamın təkcə azərbaycanlılara yox, həm də bəşəriyyətə qarşı ağır cinayət olduğunu vurğulayıb.

Tədbirlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişafından, qazandığı uğurlardan danışılıb, tökülən qanın yerdə qalmayacağına, erməni qəsbkarlarının torpaqlarımızdan qovulacağına əminlik ifadə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNƏCƏK

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar YENİLƏNƏCƏK VİDEO

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib VİDEO

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

"Neftçi"nin legioneri: “Qarabağ”a məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirik

Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir

İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub

“Qarabağ” və “Zirə” Azərbaycan Kubokunda ikinci dəfə finalda qarşılaşacaq

Vətəndaşlara Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək

Magistraturaya qəbul imtahanının II cəhdində 19 min 716 nəfər iştirak edəcək

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”nin göstəricisini təkrarlayıb

Azərbaycanın 7 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir VİDEO

Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb

Aprelin 24-də 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Dünya birjalarında neft bahalaşıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silah və sursatlar aşkarlanaraq götürülüb

Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub