SİYASƏT


Azərbaycan xalqı əzm, məqsədyönlü fəaliyyət və liderliklə tarixi yenidən yazmağın mümkün olduğunu sübut etdi

Pekin, 13 noyabr, AZƏRTAC

Azərbaycan xalqı əzm, məqsədyönlü fəaliyyət və liderliklə tarixi yenidən yazmağın mümkün olduğunu sübut etdi.

AZƏRTAC xəbər verir ki, bu fikir “Azərbaycanın dostları” şəbəkəsinin rəhbəri Malik Ayyub Sumbalın Qarabağ müharibəsində qazanılan möhtəşəm qələbə münasibətilə Azərbaycan xalqına təbrikində əks olunub.

“Bu qələbə güclü və qətiyyətli lider olan Prezident İlham Əliyevin strategiyasına əsaslanır”, - deyən Malik Ayyub Sumbal əlavə edib ki, qələbə həm də Vətən üçün canlarından keçən şəhidlərin sayəsində mümkün olub.

Qeyd edək ki, pakistanlı geosiyasi təhlilçi, jurnalist Malik Ayyub Sumbalın təsisçisi olduğu “Azərbaycanın dostları” şəbəkəsi Azərbaycan həqiqətlərinin, o cümlədən Qarabağ münaqişəsi barədə reallıqların dünyaya çatdırılmasına çalışır.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.